Ali-İmran surəsi - Ayə: 41

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 41
Dedi: «Ey Rəbbim, (bu müjdənin şeytanın vəsvəsəsi deyil, Sənin tərəfindən olmasını və ya zövcəmin hamilə olduğunu bilməyim üçün) mənə bir nişanə müəyyənləşdir.» Dedi: «Sənin nişanən budur ki, üç gün camaatla yalnız rəmz və işarə ilə danışa biləcəksən. Və öz Rəbbini çox zikr et, axşam və səhər çağı pak sifətlərlə mədh edərək müqəddəs bil!»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 41. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 41 MÖHSÜN QƏRAƏTİ.

"Zəkəriyya dedi: Pərvərdigara! Mənim üçün bir əlamət qərar ver. (Məndə əminlik yaransın.) Buyurdu: Üç gün xalqla danışmamaq, yalnız işarə ilə əlaqə saxlamaq sənin üçün nişanə oldu. Rəbbin çox yad et, gecə və gündüz Ona təsbih de.”
Bildirişlər
1. Xalqla ünsiyyətdə ikən insanın dilini bağlaya bilən, ilahi zikr üçün açan Allah qoca ata-anadan dünyaya övlad gətirə bilər.
2. Peyğəmbərlər yəqin və şühud məqamına çatmaq axtarışındadırlar.
3. Allah istədiyi vaxt işin səbəbini aradan götürür və dil danışmaq gücünü itirir.
4. Allahın lütfü artdıqca Onun zikri də artmalıdır.
5. Allah zikri nə qədər çox olsa, bir o qədər yaxşıdır.
6. İlahi zikrlər arasında "təsbihin” xüsusi yeri var.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.