Yunus surəsi - Ayə: 51

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 51
(Əzab gəldikdən və peşman olduqdan) sonra (onlara deyilər:) «Ona əzab gəlib çatan zaman iman gətirdiniz?! İndi?! Halbuki, onun gəlişinə tələsirdiniz».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 51. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 51 MÖHSÜN QƏRAƏTİ.

"(Əzab) nazil olduqdan sonra Ona iman gətirərsiniz? İndicə? Halbuki əzabın tez gəlməsini daha çox istəyirdiniz.”
Nöqtələr
Hədisdə bildirilir ki, ayədəki əzab nümunəsi axır zamanda qiblə əhlinə nəsib olacaq əzabdır. 
Bildirişlər
1. İlahi qəhr-qəzəb qəfildir. Onun gəlişində gecə-gündüz şərti yoxdur.
2. Düşüncəli insan əzab ehtimalı ilə tələsməməli, ehtiyatlı olmalıdır.
3. Günahkarları qəfil yaxalayan ilahi qəhr nazil olduqda qurtuluş yolu qalmır.
4. Təhlükə zamanı iman gətirməyin faydası yoxdur.
5. Müşriklər daim ilahi əzabın tezləşməsini istəyirdilər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.