"Ey xalq! Həqiqətən, Rəbbiniz tərəfindən sinələrinizdəki üçün şəfa qaynağı, möminlər üçün hidayət və rəhmət olan öyüd-nəsihət gəldi.”
”Moizə” xəbərdarlıq və qorxutma vasitəsi ilə saflaşdırma mənasını bildirir.
"Şifaun lima fis-sudur” təbirində moizə vasitəsi ilə qəlbin ruhi bəlalardan paklanması nəzərdə tutulur. Ruhi xəstəliklər bədən xəstəliklərindən daha ağırdır. Quran ruhi xəstəliklərə şəfa vermək qüdrətindədir.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Dəhşətli fitnələrin hücumu zamanı Qurana sığının. O həm moizə, həm şəfa, həm nur, həm də rəhmətdir.
İmam Sadiq (ə) buyurmuşdur: "Quran bütün ruhi xəstəliklərin və şübhələrin şəfasıdır.”
Ayədə tərbiyə və təkamülün dörd mərhələsinə işarə olunmuşdur: Zahiri işlərə münasibətdə moizə mərhələsi; ruhun çirkinliklərdən paklanma mərhələsi; məqsədə doğru istiqamətlənmə mərhələsi; ilahi rəhmətin əldə olunma mərhələsi.
1. Moizə, şəfa, hidayət və rəhmətlə bağlı kitabın nazil olması ilahi rübubiyyət şənindəndir.
2. Quran hər bir dərdin şəfasıdır. Dərdlərimizə şərq və qərb məktəblərində yox, Quran məktəblərində şəfa axtarmalıyıq.
3. Quran bütün xalq üçün moizədir. Amma yalnız haqqı qəbul edənlər hidayət və rəhmətə nail olurlar.