Yunus surəsi - Ayə: 60

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 60
Allaha qarşı yalan uyduranların Qiyamət günü (barəsi)ndə gümanları nədir? (İftiralarına və şükrü tərk etmələrinə görə əzabdan başqa bir şey gözləyirlər?) Həqiqətən Allah (dünyada) bütün insanlara qarşı lütf və mərhəmət sahibidir və lakin onların çoxu şükr etmirlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 60. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 60 MÖHSÜN QƏRAƏTİ.

"Allaha iftira yaxanlar qiyamət gününü (onun cəzalarını) necə zənn edirlər? Həqiqətən, Allah xalqa bəxşiş və ehsan sahibidir. Amma onların çoxu şükür etmir.”
Nöqtələr
İslam Peyğəmbəri (s) var-dövləti, imkanı olduğu halda səliqə-səhmansız yaşayan bir kişini məzəmmət edib buyurdu: "Allahın nemətlərini nümayiş etdir. Allah bəndəsinə verdiyi nemətin əsərlərinin ən gözəl şəkildə görünməsini sevir.” 
Bildirişlər
1. Allaha iftira yaxmağın cəzası var. Allahın dünya həyatında bizə verdiyi möhlət qürur doğurmasın, Qiyamət mühakiməsini yaddan çıxarmayaq.
2. Allahın halal nemətlərinin qadağan olunması dünyəvi məhrumiyyət və qiyamət peşmançılığı ilə nəticələnir.
3. İlahi nemətlərdən istifadədə nə ifrata, nə də təfritə yol var. Nə maddiyyata əsir olmaq, nə də halal nemətlərdən üz döndərmək yaxşı sayılır.
4. Nemətlər bizim istəyimiz yox, Allahın fəzlidir. Belə isə, şükür edək.
5. Allahın halal nemətlərini haram etmək bir növ naşükürlükdür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.