Ər-Rəd surəsi - Ayə: 1

Məkkəvi Quran-ı Kərim
Ər-Rəd surəsi - Ayə: 1
Əlif, Lam, Mim, Ra. (Mən bilən və görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir.) Bu (surədə olan) ayələr (cəmlənmiş) bu kitabın (və Qur’anın) ayələridir. [Və ya: (Aləmdə olan) bu (ayələr), bu (yaradılış) kitabın(ın və yaradılış aləminin) ayələridir.] Və Rəbbin tərəfindən sənə nazil olan haqdır, lakin insanların çoxu (bu ayələri eşitmələrinə və o ayələri görmələrinə baxmayaraq) iman gətirmirlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ər-Rəd surəsi 1. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 1 MÖHSÜN QƏRAƏTİ.

"Əlif, lam, mim, ra. O, (səmavi) kitabın ayələridir. Rəbbin tərəfindən sənə nazil olan haqdır. Amma xalqın çoxu iman gətirməz.”
Bildirişlər
1. Quran olduqca əzəmətli bir kitabdır.
2. Səmavi kitab xalqın tərbiyəsi üçün nazil olmuşdur.
3. Quranda batilə yol yoxdur.
4. Quran çoxluq yox, haqlılıq mehvəridir. Xalqın əksərinin Qurana diqqətsizliyi və ona iman gətirməməsi bu kitabın batil olmasını göstərmir.
5. Xalqın əksəri haqpərəst deyil.
6. Rəhbər bilməlidir ki, xalqın çoxu ona iman gətirməz. Belə olsa, daha ciddi hazırlıqla bu məsələyə yanaşar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.