Ən-Nisa surəsi - Ayə: 73

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 73
Və əgər sizə Allah tərəfindən (qələbə və qənimət kimi) bir lütf və mərhəmət gəlsə, o, sizinlə onun arasında əsla bir dostluq və məhəbbət olmamış (və sizinlə birgə döyüşdə iştirak edə bilməzmiş) kimi deyər: «Kaş mən də onlarla birgə olub böyük bir feyzə nail olaydım!»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 73. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 73 MÖHSÜN QƏRAƏTİ.

"Əgər Allah tərəfindən sizə bir fəzl və qənimət yetişsə, aranızda dostluq yoxmuş kimi (sizə gələn xeyiri öz xeyiri saymayaraq) deyəcək: "Kaş ki, cihadda onlarla olaydım ki, böyük qurtuluşa yetişəydim.”
Nöqtələr
Fəzl və qənimət barədə danışılarkən Allahın adı çəkilir. Amma əvvəlki ayədə çətinliklər zikr olunanda Allahın adı tutulmurdu. Aydın olur ki, Allahdan bizə yalnız fəzl və rəhmət nazil olur.
Bildirişlər
1. Döyüşdə qələbə və qənimətlər Allahın fəzlindəndir.
2. Dünyəvi mənafeyə görə münafiqlər mənəviyyatı əldən verirlər.
3. Münafiqin arzuları sidq-qəlbdən deyil.
4. Münafiqlər yalnız dünyəvi qazanc güdürlər. Onlar çətinliklər zamanı deyirlər: "Allah lütf etdi ki, biz onlarla olmadıq.” Möminlər qələbə və qənimət əldə etdikdə isə münafiqlər belə deyirlər: ” Kaş onlarla olaydıq.”
5. Qənimətdə möminlərə şərik olub, qəm-qüssədə onlardan kənar dayanmaq istəyi münafiq xislətidir.
6. Münafiqlərin nəzərində qurtuluş dünya rifahına çatmaqdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.