Ən-Nisa surəsi - Ayə: 63

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 63
Allah onların qəlblərindəkini (ikiüzlülük və düşmənçiliyi) bilir. Buna görə də onlardan üz çevir (mübarizə və döyüş fikrində olma), onlara nəsihət ver və yetərli və canlarına təsir edən söz de.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 63. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 63 MÖHSÜN QƏRAƏTİ.

"Onlar qəlblərindəkini Allah bilən kəslərdir. Onlardan üz döndər (keç), onlara öyüd ver və onlarla qəlblərinə yatan yetərli söhbətlər et.”
Bildirişlər
1. Münafiqlərin səyləri hədərdir. Çünki Allah həm onların niyyətlərindən xəbərdardır, həm də vaxtında onları ifşa edir.
2. Münafiqlər səmimi üzr istəmirlər. Əgər üzrləri həqiqi olsaydı, onlardan üz döndərmək əmri verilməzdi.
3. Rəhbər münafiqlərlə etiraz və moizə üslubunda danışmalıdır.
4. Moizədə münafiqlərə aşkar şəkildə onların aqibətləri ilə bağlı xəbərdarlıq olunmalıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.