Ən-Nisa surəsi - Ayə: 62

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 62
Belə isə, öz əlləri ilə etdiklərinin cəzası olaraq onlara bir müsibət gələn zaman (onların üzrxahlıq və rüsvayçılıqları) necə olacaq? Sənin yanına gələrək Allaha and içirlər ki, bizim (kafirlərin yanına mühakiməyə getməkdə) yaxşılıqdan və (iki tərəf arasında) barışıq yaratmaqdan başqa bir məqsədimiz yox idi!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 62. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 62 MÖHSÜN QƏRAƏTİ.

"Əvvəllər gördüyü işlərə görə onlara bir müsibət və çətinlik üz verdikdə sənin sorağına gəlir və Allaha and içirlər ki, hədəfləri yaxşılıq və razılıqdan başqa bir şey olmayıb.”
Nöqtələr
Münafiqlər tağutlara müraciətlərinə belə don geydirirdilər ki, mühakimədə tərəflərdən biri hakimdən narazı qalır və onlar kimisə peyğəmbərdən narazı salmamaq üçün və peyğəmbərin mövqeyini və şəxsiyyətini qorumaq məqsədi ilə zalım hakimlərə üz tutmuşlar.
Bildirişlər
1. Təhlükə amili insanın öz işləri olur.
2. İkiüzlü və münafiq müsəlmanlar çətinliyə düşdükləri vaxt ilahi rəhbərin ətəyindən yapışırlar.
3. Zalım hakimlərə (tağuta) müraciətin müsibətləri var. Peyğəmbərlərin yoluna dönüş labüddür.
4. Münafiqlər öz xilaf işlərinə don geyindirirlər.
5. Münafiq öz məqsədlərini pərdələmək üçün Allaha and içir.
6. Bəzən çirkin insanlar müqəddəs sözləri vasitəyə çevirirlər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.