Ən-Nisa surəsi - Ayə: 57

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 57
İman gətirib yaxşı işlər görən kəsləri tezliklə (qəsrlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəyik. Onlar orada həmişəlik və əbədi qalarlar. Onlar üçün orada (qadınlara xas aybaşıdan, pis əxlaq və əməldən, cismani eyblərdən) pak zövcələr vardır və onları geniş və sabit kölgə altına daxil edərik.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 57. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 57 MÖHSÜN QƏRAƏTİ.

"İman gətirib yaxşı işlər görənləri tezliklə altından çaylar axan bağlara daxil edərik. Onlar orada əbədi qalarlar. Orada onlar üçün pak zövcələr var. Onları daimi kölgələrə daxil edərik.”
Nöqtələr
Tərbiyə prosesində həm ümid verilməli, həm də qorxudulmalıdır. Əvvəlki ayədə qorxutma vardısa, bu ayədə ümid verilir.
"Zəlil” dedikdə uzanmış kölgə nəzərdə tutulur.
İmam Sadiq (ə) buyurmuşdur: "Pak zövcələr dedikdə heyz və ifrazat çirkinliyindən pak zövcələr nəzərdə tutulur.”("Mən la yəhzuruhul-fəqih”, c. 1, səh. 50. )
Bildirişlər
1. İman və saleh əməl behiştə daxil olmaq üçün iki mühüm şərtdir.
2. Allahın lütfü Onun qəhr və qəzəbindən daha tez nazil olur. (Əvvəlki ayədə cəhənnəm əhli haqqında uzaq gələcəyi bildirən "səvfə”, bu ayədə isə yaxın gələcəyi bildirən "siyn” hərfi işlədilmişdir.)
3. Behişt zövcələri həm fiziki, həm də ruhi baxımdan pakdırlar. Həm cisim, həm də ruh baxımından pak olan kəsə "mutəhhərə” deyilir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.