Ən-Nisa surəsi - Ayə: 101

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 101
Yer üzündə (hətta bir ağac məsafə miqdarında olsa belə) səfərə çıxdığınız zaman kafirlərin sizə zərər və ziyan vurub incidəcəklərindən qorxduğunuz təqdirdə (öz dörd rükətli) namaz(lar)ınızdan (iki rükəti) azaltmağınızda sizə günah yoxdur. Şübhəsiz, kafirlər həmişə sizə açıq-aşkar düşməndirlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 101. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 101 MÖHSÜN QƏRAƏTİ.

كَفَرُواْ إِنَّ الْكَافِرِينَ كَانُواْ لَكُمْ عَدُوًّا مُّبِينًا
"Yer üzündə səfərə çıxdığınız vaxt əgər kafirlərin əziyyətindən qorxsanız, namazı qısaltmağınızın sizin üçün günahı yoxdur. Həqiqətən, kafirlər daim sizin aşkar düşməninizdir.”
Nöqtələr
Cihad və hicrət haqqında söhbətlərdən sonra bu ayə müsafir namazının hökmünü bəyan edir.
"Zərəbtum fil-ərz” təbiri səfərə işarədir. Çünki müsafir səfər zamanı ayağını yerə döyür.("Müfrədate-rağib”, "zərbun” maddəsi. )
Quranda bəzən vaciblik əvəzinə "eybi yoxdur” təbiri işlədilir. Bu ayə də uyğun təbirlə rastlaşdığımız ayələrdəndir. İlkin İslam dövrünün müsəlmanları namaza o qədər bağlı idilər ki, onun qısaldılmasını günah sayırdılar.
Qısaldılmış (qəsr) namaz təkcə düşmən qorxusu olduqda qılınmır. Adətən, səfərlərdə qorxu və nigarançılıq olduğundan və ya qəsr namaz qanunu əvvəlcə qorxu ilə bağlı bəyan edildiyindən, sonralar hər bir səfərə aid edilmişdir. Ayədə "in xiftum” qeyd edilmişdir.
Rəvayətlərdə namazın qəsr hala düşdüyü səfər miqdarı bəyan olunmuşdur. Bir gün ərzində səfər uzunluğu (səkkiz fərsəx) müəyyən edilmişdir.("Təhzibul-Əhkam”, c. 3, s. 207 )
Müsafir sübh və məğrib (şam) namazlarından savay bütün namazları iki rəkət qılır.("Mən la yəhzuruhul-fəqih”, c. 1, s. 2.) Namazın qısaldılması dedikdə, dörd rəkətlik namazların iki rəkət qılınması nəzərdə tutulur.
Bildirişlər
1. Həqiqəti görmə və yarıya bölünmənin qəbulu ilahi qanunlara bir əsasdır.
2. Namaz halında da düşməndən qəflətdə olmayın. Siyasət, dəyanət, ibadət, dərketmə bir-birindən ayrı deyil.
3. Bəzən yəqinlik lazım olmur. Proqramı dəyişmək üçün fitnə ehtimalı kifayət edir.
4. Hətta təhlükə ehtimal olunduqda da namaz qılınmalıdır.
5. Küfr və iman bir-biri ilə ziddiyyətdədir.
6. Kafirlər sizinlə düşmənçilikdə əl-ələ vermişlər.
7. Kafirlərin sizinlə düşmənçiliklərinin kökləri var və uzun keçmişi olan bu düşmənçilik daimidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.