Ən-Nisa surəsi - Ayə: 97

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 97
Həqiqətən mələklər özlərinə zülm etməkdə olan kəslərin canlarını alarkən (onlara) deyəcəklər: «(Din baxımından) nə (vəziyyət)də idiniz?». Deyəcəklər: «Biz yer üzündə (iman və əməl cəhətdən) zəif (vəziyyətdə saxlanılmış halda) idik». Mələklər deyəcəklər: «Məgər Allahın yeri geniş deyildi ki, orada (küfr mühitindən İslam mühitinə) hicrət edəydiniz?!» Odur ki, onların yerləri Cəhənnəmdir və ora çox pis bir dönüş yeridir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 97. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 97 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, özünə zülm etmiş kəslərin mələklər tərəfindən canı alınarkən onlardan soruşular: "Siz hansı vəziyyətdə idiniz?” Deyərlər: "Biz yer üzündə müstəzəf idik.” Mələklər deyər: "Məgər hicrət etməyiniz üçün Allahın yer üzü geniş deyildimi?” Onların yeri cəhənnəmdir. Necə də pis aqibətdir!”
Nöqtələr
Bədr döyüşündən sonra Məkkə kafirləri həmin şəhərin camaatını müsəlmanlarla döyüşə çağırdılar və hədələdilər ki, bu göstərişə qarşı çıxıb savaşda iştirak etməyənlərin evləri viran qoyulacaq və var-dövlətləri müsadirə ediləcək. Həmin vaxt hələ ki, hicrət etməyib Məkkədə qalan bəzi müsəlmanlar can qorxusundan kafirlərlə birlikdə müsəlmanlara qarşı döyüşə getdilər. Həmin müsəlmanlardan Bədrdə öldürülənlər oldu. Bu barədə ayə nazil oldu və küfr mühitində qalıb hicrət etməyənlər, özünə zülm edənlər məzəmmət edilib, təqsirləndirildi.
Rəvayətdə deyilir: Dinini qorumaq üçün hicrət məqsədi ilə hətta bir addım atan kəs behişt əhli, həzrət Məhəmməd (s) və İbrahimin yoldaşıdır.("Təfsire-Safi”. )
Bildirişlər
1. Mələklər insanların işlərindən agahdırlar.
2. Hicrəti tərk etmək, məqsəd və əqidəni əldən vermək insanın özünə zülmüdür. (Quran "rüsvayçılıqdan qaçan, geyinir xalq tək əlvan” şüarını rədd edir.)
3. Vacib olduğu halda hicrəti tərk etməyin günahı bütün günahlardan əvvəl sorğuya çəkilir. Can alınan zaman ruhu çıxarmağa vəzifəli olan mələklər əvvəlcə həmin mövzuda soruşurlar.
4. Küfr mühitindən hicrət vacibdir və kafir qoşununa qatılmaq haramdır.
5. Əgər bacarırsınızsa, mühitinizi dəyişin. Mümkün olmadıqda hicrət edin ki, sonra cəzalandırılmayasınız.
6. Günaha don geydirməklə yaxa qurtarmaq olmaz.
7. Mühitin və çoxluğun insana böyük təsiri var. Ona görə də insan hicrət etməklə günahkar mühitin təsirindən qurtulmalıdır.
8. Əsas məsələ vətənpərəstlik yox, Allahpərəstlikdir.
9. Hicrət düşüncə və əqidə müstəzəfliyinin dərmanlarından biridir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.