Əl-Maidə surəsi - Ayə: 96

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 96
Sizin və müsafirlər üçün bəhrələnmək vasitəsi olsun deyə, sizə (ehram halında olarkən) dənizdən ov ovlamaq və ondan yemək halal edildi. Nə qədər ki, ehramdasınız sizə qurudan ov ovlamaq haramdır. Qorxun o Allahdan ki, Onun hüzuruna toplanılacaqsınız.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 96. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 96 MÖHSÜN QƏRAƏTİ.

"(Əlbəttə,) dəniz ovu və onun qidaları sizə halal oldu. (Bu ov) sizin üçün və karvan əhli üçün azuqədir. Amma nə qədər ki, ehramdasınız, səhra ovu sizə haramdır. Hüzurunda dayanacağınız Allahdan çəkinin.”
Nöqtələr
"Məcməül-bəyan” təfsirində və digər təfsir, fiqh kitablarında bu ayədən belə bir nəticə çıxarılır ki, ehram halında dəniz ovu və onun istifadəsi halaldır. Haram qadağası səhra ovuna aiddir.
Dəniz heyvanları dedikdə suda, çayda yaşayan heyvanlar nəzərdə tutulur.
İmam Sadiq (ə) "və təamuhu mətaən ləkum və lis-səyyarə” təbiri haqqında buyurmuşdur: "Məqsəd duzlanmış balıqdır.” (Uzun müddət saxlamaq və səfərlərdə istifadə üçün bu qida duzlanır ki, xarab olmasın.)
Bildirişlər
1. Ehram halında olanlar üçün heç də bütün yollar bağlı deyil. (Allah səhra ovunu qadağan etsə də, dəniz ovuna icazə vermişdir.)
2. Ov əyləncə üçün yox, qidalanma üçün olduqda halaldır.
3. Dənizin sərvəti təkcə dəniz sahilində yaşayanların deyil.
4. Dəniz sahilində yaşayanlar dənizin sərvətindən bəhrələnməkdə başqalarından öndədir. ("Ləkum” sözü "lis-səyyarə” sözündən öndə gəlmişdir.)
5. Ehram halında səhra heyvanlarının ovu və istifadəsi təqvasızlıqdır.
6. Müxaliflərə xəbərdarlıq olmalıdır.
7. Qiyamət və əməllərin sorğusuna iman günahdan çəkinmə amilidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.