Əl-Maidə surəsi - Ayə: 92

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 92
Allaha itaət edin, Onun peyğəmbərinə tabe olun və (onunla müxalifət etməkdən) çəkinin. Beləliklə, əgər üz döndərsəniz, bilin ki, Bizim peyğəmbərimizin vəzifəsi yalnız (ona tapşırılanı) aydın şəkildə çatdırmaqdır (onun icrası peyğəmbərin vəzifəsi deyildir. İcra imamətin vəzifələrindəndir və həmçinin peyğəmbərin vəzifəsi cəzalandırmaq da deyil, çünki bu, Allahın istək və iradəsindən asılıdır).
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 92. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 92 MÖHSÜN QƏRAƏTİ.

"Allaha itaət edin, peyğəmbərə tabe olun və (itaətsizlikdən) çəkinin. Əgər üz döndərsəniz (itaət etməsəniz), bilin ki, Bizim rəsulumuzun vəzifəsi yalnız aşkar bəyan etməkdir.”
Bildirişlər
1. Allah rəsulunun hökumətinin fərmanları ilahi fərmanlar kimidir və onlara itaət etmək vacibdir. ("İtaət edin” sözünün təkrarlanması göstərişin iki növ olması nişanəsidir: sabit ilahi göstərişlər və peyğəmbərin hökumət göstərişləri.)
2. Allah və Onun rəsulunun göstərişlərinə itaətsizlikdən qorxaq.
3. İnsan yol seçimində azaddır.
4. İnsan Öz müxalifətçiliyi və itaətsizliyi ilə yalnız özünə zərər vurur.
5. İlahi hökmlərin bəyanında xalqın qəbul edib-etməməsi şərt deyil. Biz höccəti tamamlamalı, bəhanələri kəsməliyik.
6. Peyğəmbərin vəzifəsi məcburiyyət yox, öz risalətini bəyan etməkdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.