Əl-Maidə surəsi - Ayə: 17

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 17
Şübhəsiz, «həqiqətən Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq vücudu mümkün olan varlığa çevrilib və ya vacib varlıq mümkün varlığa daxil olub)» deyən kəslər kafir oldular. De: «Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını öldürmək istəsə, Allahın müqabilində kim bir şeyə malikdir? Halbuki, göylərin, yerin və o ikisinin arasında olanların həqiqi sahibi Allahdır. İstədiyini yaradır. Allah hər şeyə qadirdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 17. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 17 MÖHSÜN QƏRAƏTİ.

"Allah Məryəmin oğlu Məsihdir” deyənlər, şübhəsiz ki, kafir oldular. (Ey peyğəmbər, onlara) de ki, əgər Allah Məryəm oğlu Məsih, onun anası və yer üzündə olan hər kəsi həlak etmək istəsə, kimin bunun (qəhrin) qarşısında əlindən bir iş gələr? Göylər və yer, onların arasında olanlar Allahın hakimiyyətindədir. İstədiyini yaradır, Allah hər şeyə qadirdir.”
Nöqtələr
Məsihilərin Allahla bağlı bir neçə əsassız iddiaları var. Quran onlara işarə edir:
1.Üç məbuda etiqad.  
2. Yaradan Allahın üç məbuddan biri (ata Allah) olmasına etiqad. 
3. İlahiliyin Məsihə aid edilməsi. (Bu ayə həmin iddianı rədd edir.)
"İstədiyini yaradır” ifadəsi İsanın atasız, Adəmin ata-anasız yaranışına işarədir.
Əgər həzrət Məsih Allah idisə, necə oldu ki, (məsihilərin əqidəsinə görə) öldürüldü və xaç onun məzlumiyyət nişanəsi oldu? Allah sui-qəsd edə bilməz!
Bildirişlər
1. İslam istənilən bir məktəbə aid küfr, şirk və xurafatla müxalifdir. (Həddi aşmaq da küfrün bir növüdür.)
2. Peyğəmbərə müxaliflərlə məntiq əsasında danışmaq əmr olunub.
3.Əgər məsih Allah olsaydı, qadın bətnində qərar tutmazdı.
4. Fəna və yoxluq Allahlıqla uyğun gəlmir.
5. İsa, onun anası və bütün bəşəriyyət Allah qarşısında acizlikdə eynidirlər.
6. İsa kimi bir insanı Allah bilmək məsihilərin Allahı tanımaması nişanəsidir.
7. İlahi qüdrət məhdud bir nizam çərçivəsində deyil. Allah, ata olmadan da övlad yarada bilər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.