Əl-Maidə surəsi - Ayə: 10

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 10
Kafir olub ayələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 10. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 10 MÖHSÜN QƏRAƏTİ.

"Küfr edib, Bizim ayələrimizi təkzib edənlər cəhənnəm əhlidirlər.”
Nöqtələr
Quranda bir neçə növ əcr, mükafatdan danışılır. 
Allahın vədləri dəyişməzdir. 
"Cəhim” atəşin şiddətlə şölələnməsi mənasını bildirir. İbrahimin əhvalatında nəql olunur ki, onu "cəhimə” atdılar. "Əshabul-cəhim” dedikdə isə daim cəhənnəmdə olanlar nəzərdə tutulur.
Bildirişlər
1. İman əməldən ayrı deyil.
2. İman və saleh əməl həm ötən səhvləri aradan qaldırır, həm də gələcəyi təmin edir.
3. İşin aqibətinə diqqət insanın çıxardığı qərarlarda mühüm rol oynayır.
4. Bağışlanma mükafata çatmanın müqəddiməsidir.
5. Kafirlərin və təkzib edənlərin cəzası əbədi cəhənnəmdir.
6. Təşviq əməl üçün stimuldur. Necə ki, hədələmə Quranın tərbiyə üsullarındandır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.