Əl-Maidə surəsi - Ayə: 109

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 109
(Yada sal) o gün(ü) ki, Allah bütün peyğəmbərləri bir yerə toplayaraq deyəcək: «(Dəvətiniz müqabilində) sizə nə cavab verildi?» Deyəcəklər: «Bizim heç bir elmimiz yoxdur (Sənin elmin müqabilində bizim elmimiz heçdir; yaxud onların işlərinin batinini bilmirik və ya bizdən sonra etdiklərindən xəbərimiz yoxdur). Həqiqətən gizlinləri kamil surətdə bilən Sənsən».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 109. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 109 MÖHSÜN QƏRAƏTİ.

"Bir gün Allah peyğəmbərləri toplayar və deyər: "Sizin dəvətinizə nə cavab verildi?” Deyərlər: "Biz (işin mahiyyətindən) xəbərsizik. Həqiqətən, qeyblərdən xəbərdar Sənsən, Sən!”
Nöqtələr
İmam Baqir (ə) bu ayə haqqında buyurmuşdur: "Allah Öz peyğəmbərlərindən onların canişinləri haqqında soruşar. Onun rəsulları da öz növbələrində cavab verərlər ki, biz bizdən sonra canişinlərimizə münasibətdə görülən işlərdən xəbərsizik.” 
Həqiqi elm Allaha məxsusdur. Kimin elmi varsa, həmin elm Allahdandır. Necə ki, qeybi yalnız O bilir və bu elmi istədiyinə verir.
Bildirişlər
1. Qiyamətdə peyğəmbərlərdən soruşular ki, xalq onlarla necə rəftar etdi?
2. Peyğəmbərlərin elmi ilahi elmlə müqayisədə heç nədir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.