"Allah buyurdu: "Mən onu (maidəni) sizin üçün nazil edərəm. Amma bundan sonra sizdən hər hansınız küfr etsə, ona elə bir əzab verəcəyəm ki, aləmdəkilərdən heç birinə o cür əzab verməmişəm.”
Maidənin nazil olması əhvalatı Quranda bəyan olunduğu şəkildə İncildə nəql olunmamışdır.
Bəziləri bildirirlər ki, həvarilər ilahi hədələri eşitdikdən sonra öz istəklərindən daşındılar və maidə nazil olmadı. Amma bu baxış ayənin zahiri mənası və rəvayətlərlə uyğun gəlmir. "İnni munəzziluha” təbiri vəd yox, qəti bildirişdir.
Rəvayətdə deyilir: Maidə nazil olduqdan sonra bəziləri kafir olub donuz şəklinə düşdü. Bəzi rəvayətlərdə oxuyuruq ki, nazil olan şey çörək və ət idi.
Əgər İsanın yoldaşları üçün səmavi qidalar nazil oldusa, rəvayətlərə əsasən, İslam Peyğəmbəri (s) üçün də behişt meyvələri nazil olmuşdur. Həzrət Fatimənin (s) yaranış qaynağı da həmin behişt meyvələridir.
1. Peyğəmbərlərin duası qəbul olur.
2. Elm, yəqin, şahidliyə çatanların məsuliyyəti daha ağırdır. Onların büdrəmələri də ciddi qəbul olunur. Elm və şahidlik məqamına çatmayanlardan ilahi qəzəb də nisbətən uzaqdır.
3. İlahi əzabın dərəcələri var.
4. Təmənnası böyük olan, səmavi süfrə istəyən kəs, təbii ki, ağır vəzifələrlə yüklənir.