Hud surəsi - Ayə: 56

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 56
«Həqiqətən, mən öz Rəbbim və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir hərəkət edən yoxdur ki, alını (vücudu) Onun ovcunda (ixtiyarında) olmasın. Həqiqətən Rəbbim doğru yoldadır (yaradılış aləminin işlərinin idarə olunmasında ədalət və hikmət əsasında davranır)».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 56. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 56 MÖHSÜN QƏRAƏTİ.

“Həqiqətən, mən mənim və sizin Rəbbiniz olan Allaha təvəkkül etmişəm.
Onun cilovlamadığı heç bir canlı yoxdur. Həqiqətən, mənim Rəbbim doğru
yol üstədir.”

Bildirişlər
1. Allahın əhatəli rübubiyyətinə diqqət təvəkkül üçün zəmindir.
2. Təvəkkül şücaət zəminidir. (Allaha təvəkkül etməklə dünyanın qabağında
dayanmaq olar)
3. Allahın istəyi olmadan kimsə bir başqasına zərər yetirə bilməz.
4. Allah həm hər şeyə hakimdir, həm də ədalətlidir.
5. Qüdrətdən əlavə ədaləti də olan varlığa təvəkkül edək.
6. Kafirlərin inadkarlığı qarşısında Allahın qəhr-qəzəb və ədalətindən danışaq.

 

Müəllif: MÖHSÜN QƏRAƏTİ.