Hud surəsi - Ayə: 112
Hud surəsi 112. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Hud surəsi / ayə 112 MÖHSÜN QƏRAƏTİ.
“(Ey peyğəmbər,) sənə əmr edildiyi kimi möhkəm ol. Səninlə Allaha doğru
gələnlər də (möhkəm olsunlar.) Həddi aşmayın, O, etdiyiniz işləri görəndir.”
Nöqtələr
◘Rəvayətdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql edilir: “Hud” surəsi
məni qocaltdı.” Bildirirlər ki, həzrət Peyğəmbər (s) Hud surəsinin məhz bu ayəsini
nəzərdə tutmuşdur.
Bu ayənin ilk cümləsi eynən başqa bir surədə bəyan olunsa da, məhz bu ayə uyğun xüsusiyyətlə tanınmışdır. Ola bilsin ki, bu ayəni tarixin
burada bəyan olunmamış səhifələri ağırlaşdırmışdır. Həzrət Peyğəmbərin (s)
ətrafındakılardan ona vəfalı olmayanlar da vardı. Həzrət onların vəfasızlığından
əziyyət çəkirdi.
Bildirişlər
1. Əgər Allah hamının gördüyü işin əvəzini əskiltmədən verirsə, möhkəm ol!
2. Peyğəmbər tarixinin nəticəsi sabitqədəmlikdir.
3. Sabitqədəmlik və möhkəmlikdə rəhbər birinci olmalıdır. (İlkin İslam
dövründə Məkkə şəraiti müsəlmanlar üçün ağır idi və möhkəmliyə ehtiyac vardı.)
4. Möhkəmlik bütün sahələri əhatə etdikdə dəyərli olur. İnsan ibadətdə,
təbliğdə, çətinliklər qarşısında möhkəm olmalıdır.
5. İnsanın əməlləri ilahi göstərişə əsaslanmalıdır. Qiyasa (yersiz müqayisəyə),
təxəyyülə əsaslanan əməl puçdur.
6. Ümmət möhkəm olmadıqda rəhbərin möhkəmliyi səmərə vermir.
7. Allaha doğru qayıdışın qiyməti ağırdır. Bu qiymət doğru yolda
sabitqədəmlik və tövbədən öncəki yola qayıtmamaqdan ibarətdir.
8. Hər şey ilahi göstərişə əsaslanmalıdır və ifrata varmaq olmaz.
9. Rəhbər və ümmət düz yolla hərəkət etməlidir. İfrat və təfritdən çəkinmək
lazımdır.
10. Dində sabitqədəmlik Allah tərəfindən mükafatlandırılır.