Əl-Ənam ‏ surəsi - Ayə: 161

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 161
De: «Şübhəsiz, Rəbbim məni doğru yola - sabit (və bəşəriyyətin səadətini təmin edən) bir dinə və haqpərəst olan və əsla müşriklərdən olmamış İbrahimin ayininə hidayət edib.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 161. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 161 MÖHSÜN QƏRAƏTİ.

"De ki, həqiqətən, Rəbbim məni doğru yola, müşriklərdən olmamış İbrahimin haqq ayinindən ibarət möhkəm dinə hidayət edib.”
Nöqtələr
"Qiyəm” sözü düzlük, möhkəmlik mənalarını bildirir. Bəli, o din möhkəm və əbədi qalacaq ki, bu dünyanın maddi və mənəvi məsələlərinə və o biri dünyaya diqqət yetirmiş olsun.
İmam Hüseyn (ə) buyurmuşdur: "Biz və bizim şiələrdən savay kimsə İbrahim ayinlərinə ardıcıl deyil.” 
Bildirişlər
1. Peyğəmbərin (s) buyruqları və təlimləri onun şəxsi baxışı deyil. Bütün bunlar xalqa bəyan olunası ilahi vəhy mətnidir.
2. Doğru yol peyğəmbərin yoludur.
3. Hidayət yalnız Allahın işidir. Peyğəmbərlər də ilahi hidayətlə doğru yolu tapırlar.
4. Hidayət rübubiyyət şənindəndir.
5. İbrahimin yolu şirk qatqılı düşüncələr yox, təkallahçılıqdır. (Müşriklər öz azğın əqidələrini İbrahimə aid edirdilər.)
6. Bütlərin sındırılması və şirkdən üz döndərmə təkcə İslam peyğəmbərinə aid deyil. O, həzrət İbrahimin yolunu gedərək belə etmişdir.
7. Tövhid dinlərinin əsası tarix boyu bir olmuşdur. İslam həzrət İbrahimin ayinidir. Şirkə nifrət bütün peyğəmbərlərin yoludur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.