Əl-Ənam ‏ surəsi - Ayə: 163

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 163
«Onun heç bir şəriki yoxdur. Mənə bu (etiraf və etiqad) əmr olunmuşdur və mən ilk müsəlmanam (insan və cinlərin içində ilk müsəlman şəxsəm)».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 163. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 163 MÖHSÜN QƏRAƏTİ.

"Onun şəriki yoxdur, Mənə (təslim ruhu, xalislik, bəndəlik) əmr olunmuşdur. Mən ilk müsəlmanam, Rəbbimə təsliməm.”
Nöqtələr
Nəql olunur ki, həzrət Peyğəmbər (s) namaz astanasında bu ayələri oxuyardı. 
Ölüm həyatı, həyat ibadətləri, ibadətlər isə namazı əhatə edir. Ona görə də namaz ibadətlərin mərkəzində özəkdir.
İslam ilahi əmrlər qarşısında təslimçilik mənasındadır və bütün peyğəmbərlərin müsəlmançılığı bildirilmişdir. Həzrət Nuh özünü müsəlman saymışdır. Həzrət İbrahim Allahdan istəyir ki, onu və ondan olan nəslini özünə təslim qərar versin.  Həzrət Yusif də öz növbəsində Allahdan diləyir ki, müsəlman olaraq ölsün.  İslam peyğəmbəri isə ilkin müsəlmandır. Bu, həzrətin həm öz dövründə ilkin müsəlmanlığına, həm də məqamca ilkin müsəlmanlığına işarə ola bilər.
Bildirişlər
1. Azğın yollar müqabilində öz yolunuzu və məqsədinizi qəti şəkildə iftixar duyaraq elan edin.
2. Namaz ibadətlərdən biri olsa da, ayrıca zikr olunması onun xüsusi əhəmiyyətini göstərir.
3. Xalis insanlar öz təkvini (ölüm və həyat) və təşrii (namaz və ibadət) yollarını yalnız Allah üçün nəzərdə tuturlar.
4. Namazda Allaha yaxınlıq (qürbət) məqsədində olduğunuz kimi, hər nəfəs çəkdikdə, ölüm və həyatımızda da belə bir məqsəddə qala bilərik.
5. Ölüm və həyat yox, ölüm və həyatdakı məqsəd, onların ilahiliyi mühümdür.
6. Allahın razılığı üçün görülən bütün işlər təkamül səbəbidir.
7. Ölüm və həyat bizim əlimizdə deyil, amma onları istiqamətləndirmək öz əlimizdədir.
8. İşlərdə ixlaslı, səmimi olmaq Allahın göstərişidir.
9. Cəmiyyətin rəhbəri ilahi yolda getməkdə və ilahi göstərişləri həyata keçirməkdə öncül olmalıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.