"Bəli, hər kəs pislik qazansa və günahı onu əhatə etsə, onlar od əhlidirlər və həmişə orada qalacaqlar.”
Öz ilahi cəzalarını başqalarının ilahi cəzalarından fərqli bilən bəni-İsrail haqqında ayədə belə buyurulur: "Hamınız qanun qarşısında bərabərsiniz. Əgər günah əsərləri insanı əhatə edib ona tövbə fürsəti verməsə, həmişəlik cəhənnəmdə qalacaq.”
Bəni-İsrailin gümanının əksinə olaraq, onlar da öz əməlləri qarşısında ilahi cəzaya çatacaqlar. Bu ayədə buyurulur ki, hamı qanun qarşısında bərabərdir. Günahın təsiri insanı elə əhatə edə bilər ki, tövbə edib qayıtmağa fürsət olmaya və əbədi olaraq cəhənnəmdə qalmağa layiq görülə.
1. Xəyallar və mövhumatlarla qəti və ciddi rəftar edin.
2. Mükafat və cəza arzudan yox, əməldən asılıdır.
3. Agahlıqla, bilərəkdən, azad şəkildə yol verilən günahların cəzası var. Cəhalətdən və ya məcburi olaraq yol verilən günahlar belə deyil.
4. Günahkar qazanc götürmək fikri ilə günah edir.
5. Hər bir günahın insanı qərq edə biləcək təsir və nəticələri var.
6. İnsan fitrətən pakdır. Amma üz tutmuş günah və xətalar onun varlığını əhatə edib cövhərini dəyişdirir.
7. Günahkarlıq xarakteri əbədi cəhənnəm odunun səbəbidir.