Əl-Bəqərə surəsi - Ayə: 86

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 86
Onlar bu dünya həyatını axirətin bahasına almış kəslərdir. Odur ki, (axirətdə) onların əzabı əsla yüngülləşməyəcək və onlara (heç bir) kömək də olunmayacaqdır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 86. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 86 MÖHSÜN QƏRAƏTİ.

"Onlar dünya həyatını axirət bahasına almışlardır. Onların cəzaları yüngülləşdirilməz və onlara yardım olunmaz.”
Nöqtələr
Ayədə əhdi pozmağın, insanları qətlə yetirməyin, bəzi ayələrə əməl edilməməsinin kökləri belə bəyan edilir: Onlar dünya həyatının ardınca gedir və mənafelərinə uyğun qanunlara baş əyirlər. Onlar dünyəvi mənafelərinə ziyan olan qanunlara etinasızdırlar. Demək, bu rifah ardınca gəzən dünyapərəstlərin iddialarının ziddinə olaraq onların ilahi əzabları yüngülləşdirilməz. Onlar ya əzab görməyəcəklərini, ya da yalnız bir neçə gün əzab görəcəklərini düşünürlər. Hansı ki, onlar da başqa günahkarlar tək öz əməllərinə görə məsuliyyət daşıyırlar.
Bildirişlər
1. İnsan azaddır və onun seçim hüququ var. Ayələrdə "insan dünyanı aldı, axirəti satdı” deyilməsindən aydın olur ki, insan məcbur deyil, o ixtiyar sahibidir, düşüncə, müqayisə yolu ilə ölçüb-biçir, seçim aparır.
2. İlahi qanun qarşısında hamı eyni dərəcədə cavabdehdir. Bəni-İsrailin özünü üstün irq, Allahın əzizi hesab etməsi puç xəyaldan başqa bir şey deyil. İnadkarlıq və küfr yolunu tutmuş heç bir insan və qövm ilahi qəhr və qəzəbdən azad edilməmişdir.
3. Qətlin səbəblərindən biri də dünyapərəstlikdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.