"(Yada salın,) o zaman ki, dediniz: "Ey Musa, Allahı aşkar görməyincə, sənə iman gətirmərik. Beləcə, tamaşa etdiyiniz halda şimşək sizi bürüdü.”
Həzrət Musanın qövmü iki dəstəyə bölündü:
a) Seçilmiş bir qrup Musa ilə birlikdə münacat və Allahın kəlamını eşitmək üçün Tur dağına getdi. Amma Allahla Musanın söhbətlərini eşitdikləri zaman dedilər: "Haradan bilək ki, bu, Allahın səsidir? Allahı qəbul etmək üçün Onu hökmən gözümüzlə görməliyik.”
b) Digər bir dəstə Harunla qaldı. Amma həzrət Musa olmayan bir vaxtda onlar buzovpərəst oldular. Quranda Allahı görmək tələbində olanlar haqqında buyurulur: "Onları zəlzələ bürüdü.”("Ali-İmran”, 85. ) Bəlkə də bu ayədə xatırladılmış şimşək zəlzələ ilə müşayiət olunmuşdur. Onlar bu şimşəklə dünyalarını dəyişdilər. Çünki növbəti ayədə belə buyurulur: "Sizi öldükdən sonra ikinci dəfə dirildərik.”
Sual verənlər eyni ruhiyyədə deyildilər. Həm Musa, həm də xalq Allahla görüşmək istəyində idi. Musa xalqın nümayəndəsi olaraq ədəblə dedi: "Məni görün” Amma Musanın qövmü təkəbbürlə dedi: "Biz Allahı aşkar görməyincə Ona iman gətirmərik.” Ona görə də Allah Musanın cavabında belə buyurdu: "Sən məni heç vaxt görməyəcəksən.” Sonra ilahi qəzəb həmin qövmü bürüdü.
Bu ayə İslam peyğəmbərinə təsəlli verir ki, xalqın yersiz istəklərinə görə nigaran olmasın. Çünki xalq Musadan daha təhlükəli şeylər istəmişdi.
1. Keçmişdəkilərin inadkarlıq, ədəbsizlik, yersiz tələblər aqibətindən ibrət götürün.
2. Bir qrup üçün məntiq, dəlil və moizə kifayətdir. Amma digər bir qrup üçün qəhr və qəzəb lazım gəlir.
3. Əgər Allah gözə görünmürsə, Onun əsərləri gözə görünür. Nə üçün bu əsərləri görməklə iman gətirmirsiniz?