"(İnfaq, sədəqə) Allah yolunda məhrumiyyətə düşmüş ehtiyaclılar üçündür. Onların yer üzündə hərəkət və səfər gücü yoxdur. İffətli və abırlı olduqlarından məlumatsız şəxs onları varlı sayır. Sən isə onları simalarından tanıyarsan - onlar heç vaxt xalqdan israrla bir şey istəmirlər. Bütün xeyir şeylərdən bu fərdlərə infaq edin. Şübhəsiz, Allah ondan agahdır.”
Bir çox təfsirlərdə, eləcə də, Fəxr Razinin təfsirində, "Məcməul-bəyan”da, Qurtubinin təfsirində nəql olunur ki, bu ayə Siffə əshabı haqqında nazil olmuşdur. Siffə əshabı təqribən dörd yüz nəfər idi və Məkkədən Mədinəyə hicrət etmişdi. Onların Mədinədə evi, daldalanacağı olmadığından peyğəmbər məscidinin kənarında "siffə” (böyük səki) üstündə yaşayırdılar. Onlar daim cihada hazırlıqlarını bildirirdilər.
1. Varlıların var-dövlətində fəqirlərin haqqı var.
2. Mücahidlərə, tağutla mübarizədə siyasi fəaliyyətlərinə xatir həbsə düşənlərə, sığınacaqsız mühacirlərə, Allah yolunda məhrumiyyətə düçar olan bütün insanlara və öz maddi ehtiyacını təmin etmək üçün çalışmaq fürsətindən məhrum edilənlərə diqqət yetirilməlidir.
3. Mühacirət və müsafirət etməklə başqa bir məntəqədə yaşayıb maddi ehtiyacını təmin edə bilənlər infaq intizarında olmamalıdır.
4. İffətli, pak, abırlı fəqirlər Allah tərəfindən xoş sözlərlə yad edilir.
5. Tanınmayan və möhtərəm fəqirlər öndə gəlir.
6. Sizin üçün zərurət yaransa da, yenə kimdənsə israrla tələb etməyin. Təkid bəyənilməmiş sifətdir.
7. İnsafdan deyil ki, bir dəstə insan bütün varlığını fəda edib mühasirədə qalsın, digər bir qrup onlara da infaq etmək istəməsin.("Rum”, 39. )