Əl-Bəqərə surəsi - Ayə: 285

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 285
Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi və möminlər hamılıqla Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə (peyğəmbərlərə) iman gətirdilər (və dedilər): «Onun elçilərinin heç biri arasında fərq qoymuruq». Həmçinin dedilər: «Eşitdik və itaət etdik; ey Rəbbimiz, Sənin bağışlamanı diləyirik; (hamının) qayıdış(ı) Sənə tərəfdir»!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 285. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 285 MÖHSÜN QƏRAƏTİ.

"Peyğəmbər Allahı tərəfindən ona nazil edilənə iman gətirmişdir. Bütün möminlər Allaha, mələklərə, kitablara, Onun göndərdiklərinə imanlıdırlar (və deyirlər): biz Onun peyğəmbərlərindən heç birinə fərq qoymuruq, (hamısına imanlıyıq). Dedilər: Biz (haqqın nidasını) eşitdik və itaət etdik. Pərvərdigara! Sənin bağışlamağını (diləyirik) və qayıdışımız sənə doğrudur.”
Nöqtələr
Bu ayədə üsulidin - tövhid, nübüvvət və məad - bəyan olunmuşdur. Sonrakı ayədə insanın ilahi vəzifələri yerinə yetirmək üçün hazırlığı, Allahdan rəhmət və bağışlanma istəyi bəyan olunur. Ona görə də hədisdə bildirilir ki, bu və sonrakı ayənin xüsusi dəyəri var və onların tilavəti xəzinə kimidir.
Peyğəmbərə ehtiram lazımdır. Allah rəsulunun hesabı başqalarından ayrıdır. Ona görə də bu ayədə əvvəlcə İslam peyğəmbərinin adı və ona iman, sonra isə möminlərin adı və əqidələri zikr olunur.
Bildirişlər
1. Məktəb onun rəhbərinin simasında aydınlaşır.
2. Din təbliğatçıları öz dəvətlərinə inanmalıdırlar.
3. Səmavi kitabların nazil olmasında məqsəd insanların tərbiyəsidir.
4. Bütün peyğəmbərlər eyni məqsədə malik olduğundan onların hamısı üçün iman zəruridir. İlahi bağışlanma əldə etmək zəminəsi iman və əməldir.
5. İlahi bağışlanma əldə etmək zəminəsi iman və əməldir.
6. İman və əməllə yanaşı Allahın mərhəmətinə ümid də lazımdır. İlahi bağışlanma əldə etmək zəminəsi iman və əməldir.
7. Bəxşiş rübubiyyət şənindəndir və tərbiyə zəminəsidir. İlahi bağışlanma əldə etmək zəminəsi iman və əməldir. 

Müəllif: MÖHSÜN QƏRAƏTİ.