Əl-Bəqərə surəsi - Ayə: 284
Əl-Bəqərə surəsi 284. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 284 MÖHSÜN QƏRAƏTİ.
"Göylərdə və yerdə olan hər şey yalnız Allahındır. Qəlbinizdə olanı aşkarlasanız da, gizlətsəniz də Allah onlara əsasən sizinlə hesab çəkər. İstədiyini bağışlayar və istədiyini cəzalandırar. Allah hər şeyə qadirdir.”
Nöqtələr
Əllamə Təbatəbai "Əl-mizan” təfsirində buyurur: "İnsanın iki növ qəlb haləti var: Bəzən ixtiyarsız olaraq qəlbdən bir şey ötüşür. İnsan belə təsəvvürlərə görə günaha batmır. Çünki belə təsəvvürlər bizim ixtiyarımızda deyil. Amma insanın pis əməllərinə səbəb olan və ruhumuzun dərinliyində möhkəmlənmiş ruhi hallara görə cəza var.
Olsun ki, ayədə küfr, haqqın gizlədilməsi kimi qəlbə aid günahlar nəzərdə tutulmuşdur. İnsanı günaha aparan müqəddimə təsəvvürlər ayənin məqsədi olmaya da bilər.
İnsan öz ruhiyyəsinə, qəlb halına görə məsuldur. Bu məsələ Quranda dəfələrlə işarə olunmuşdur. O cümlədən:
- "Allah sizi qəlblərinizin kəsb etdiyinə görə cəzalandırar.”["İsra”, 36. ]
-"Doğrudan da, gizlədənin qəlbi günahkardır.”["Nur”, 19. ]
- "Həqiqətən, qulaq, göz və qəlb hər biri sorğuya çəkilər.”[Nəhcül-bəlağə”, x. 45]
- O kəslər ki, möminlər arasında pislik yaymaq istərlər, onları dünya və axirətdə şiddətli əzab gözləyir.”["Taha”, 126. ]
Həzrət Əli (ə) buyurmuşdur: "Xalq öz düşüncə və niyyətlərinə görə cəzalandırılar.”[Bihar”, c. 22, s. 263. ]
Bildirişlər
1. Allah həm mütləq malikdir , həm də mütləq alimdir. , həm mütləq qadirdir
2. Kuzənin çölünə çıxan nəm onun içindəkindəndir. İnsanın əməlləri onun düşüncə tərzi və iç etiqadının göstəricisidir.
3. Tərbiyəçi xalqı ümid və qorxu arasında saxlamalıdır.