Əl-Bəqərə surəsi - Ayə: 27

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 27
Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 27. Ayənin Təfsirləri

NUR TƏFSİRİ : Bəqərə surəsi 27-ci ci ayə MÖHSÜN QƏRAƏTİ.

27. الَّذِينَ يَنقُضُونَ عَهْدَ اللَّهِ مِن بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِي الأَرْضِ أُولَـئِكَ هُمُ الْخَاسِرُونَ
"O kəslər ki, Allahla (Ona iman gətirmək və itaət etmək barəsində) əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır (möminlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz elələri (dünyada və axirətdə) ziyana uğrayanlardır!”
Nöqtələr
Bu ayədə bəyan olunmuş ilahi peymanlar, əhdlər çoxdur: Allah peyğəmbərlərdən vəd almışdır ki, ilahi ayələri xalqa çatdırsınlar.("Ali-İmran”, 187.) Kitab əhlindən vəd alınmışdı ki, haqqı gizlətməsinlər, Tövrat və İncilin İslam peyğəmbəri haqqındakı bəşarətlərinə əməl etsinlər.("Ə`raf”, 176. )Bütün xalqdan əhd alınmışdır ki, Allahın göstərişinə əməl edib, şeytan yolundan uzaqlaşsınlar.("Bihar”, c. 72, s. 198.)
İslamda əhdə vəfa etmək vacibdir. Kafirlərə münasibətdə də belədir. Əhdini pozan kəs münafiq kimi tanıtdırılmışdır. Hətta namaz qılan olsa da belədir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Əhdinə sadiq olmayan insanın dindən faydası yoxdur.”("Tövbə”, 111. )
Allah bu ayədə göstəriş vermişdir ki, qruplarla rabitə saxlanılsın. ("Əmərəllahu bihi ən yusələ”) Rəvayətlərdə bu qruplar belə tanıtdırılır: səmavi rəhbərlər, alimlər, qohumlar, möminlər, qonşular, müəllimlər. Hər kəs bu fərdlərlə rabitəni qırsa, özü zərər görər. Çünki o bu rabitələr sayəsində əldə edəcəyi təkamülün qarşısını almışdır.
Əhdə vəfa kamillikdir və Allah özünü bu sifətlə mədh edir.("Tövbə”, 4. )Əhdinə Allahdan yaxşı vəfa edən kimdir? Hətta müşriklərlə də əhdə vəfa etmək lazımdır. Quranda oxuyuruq: "Müqavilə müddətinin sonunadək müşriklərlə bağladığınız əhdə vəfalı olun.”("Rəd”, 25. ) Eləcə də Quranda əhdini pozanlar lənətlənmişdir.("Bəqərə”, 124. )
Əhd iki cürdür: Xalqın bir-biri ilə bağladığı əhd. Bu əhdə vəfa etmək lazımdır. İkinci əhd Allahın cəmiyyətə rəhbərlik üçün peyğəmbər və imamlarla etdiyi əhddir.("Nəhcül-bəlağə”, c. 1.)
Həmin ilahi əhdin bu ayədə təkid olunan hissəsi Allahın hər bir fərdin fitrətində qoyduğu əhdlərdir. Necə ki, Həzrət Əli (ə) fitri əhdin çiçəklənməsini peyğəmbərlik fəlsəfəsi kimi tanıtdırmışdır.(Bihar”, c. 71, s. 8. )
Sual: Allahın əhdi nədir?
Cavab: Səmavi rəhbərlik Allahın əhdidir. Rəvayətlərdən məlum olur ki, namaz da Allahın əhdidir. İnsan və Allah arasında olan hər bir əhd ilahi əhddir. Əqli qanunlar və ilahi hökmlər də ilahi əhdin numunələridir.
Əllamə Məclisi ("Yəqtəunə ma əmərəllahu bihi ən yusələ”) ayəsinin ardınca sileyi-rəhmin (yaxınları yoxlamağın) əhəmiyyəti haqqında yüz on hədis nəql etmişdir.("Bəqərə”, 258. ) İndi həmin rəvayətdəki bəzi cəlbedici nöqtələri nəzərdən keçiririk:
–Hətta su içməklə də olsa, yaxınlarınızla görüşün;
–Sileyi-rəhm ömrü uzadır, yoxsulluğu aradan qaldırır;
– Sileyi-rəhm vasitəsi ilə ruzi artır;
–Ən üstün qədəm o qədəmdir ki, sileyi-rəhm, qohumların görüşü üçün götürülmüş olsun;
Müəllif: MÖHSÜN QƏRAƏTİ.