22. الَّذِي جَعَلَ لَكُمُ الأَرْضَ فِرَاشاً وَالسَّمَاء بِنَاء وَأَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقاً لَّكُمْ فَلاَ تَجْعَلُواْ لِلّهِ أَندَاداً وَأَنتُمْ تَعْلَمُونَ
"O Allah ki, sizin üçün yer üzünü döşənəcək, göyü isə tavan qərar verdi. Göydən su endirdi və onun vasitəsi ilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. Belə isə Allahın oxşarı olmadığını bildiyiniz halda Ona şərik qoşmayın.
Bu ayədə Allah müxtəlif nemətlərə işarə etmişdir. Bu nemətlərin hər biri müxtəlif nemətlər üçün mənbədir. Məsələn, yerin döşənəcək olması bir çox digər nemətlərə işarədir. Eləcə də, dağların bərkliyi, biyabandakı torpaqların yumşaqlığı, yerlə günəş arasındakı məsafə, havanın istiliyi, çaylar, dərələr, dağlar, otlar və onların müxtəlif hərəkətləri yeri döşənəcək kimi hazırlamışdır. Necə ki, Quranda yer haqqında bir neçə təbir işlədilmişdir. Yer beşik ("məhd”), ram ("zəlul”) kimi yad edilmişdir.(Qəsəs”, 49. )
"Səma” sözü ayədə bir yerdə bütün yuxarı fəzaya işarə oluraq "ərz” sözü qarşısında işlədilmişdir. Bir dəfə isə həmin sözlə yağışın buludlardan endiyi fəzaya işarə olunur.
1. İlahi nemətlərin xatırladılması ibadətə dəvətin ən üstün yollarındandır. ("Ubudu Rəbbəkum... əlləzi cəələ ləkum”)
2. Allahşünaslığın ən üstün yollarından biri imkan çatan nemətlərdən istifadə etməkdir. ("Cəələ ləkumul-ərzə firaşən vəs-səmaə binaən”)
3. Yaranış nizamında kamil bir uyğunluq müşahidə olunur. Necə ki, yer, səma, yağış, bitki örtüyü, meyvələr və insan arasında uyğunluqlar var. ("Nəzm dəlili”) ("Cəələ, ənzələ, əxrəcə”)
4. Bütün yaranmışlar hansısa məqsədlə xəlq olunmuşlar. ("Rizqən ləkum”) Yağış meyvələrin inkişafı və səmərəsi üçün ("fəəxrəcə bihi”), meyvələr insana ruzi üçündür. ("Rizqən ləkum”)
5. Torpaq və yağış bir vasitədir. Otların və meyvələrin cücərməsi Allahın əlindədir. ("Fəəxrəcə”)
6. Yaranış aləmindəki nəzm və uyğunluq tövhid nişanəsidir. Siz də təkallahçı olun: ("Fəla təcəlu lillahi əndadən”)
7. Bütün xalqın fitrət və vicdanında allahpərəstliyin kökü vardır. ("Və əntum tələmun”)
8. Yerin, səmanın, yağışın, meyvələrin, insanın ruzisinin yaranışı Allahın xaliqliyindən (Rübubiyyət) bir görünüşdür. ("Ubudu Rəbbəkum. əlləzi cəələ ləkum...)
9. Bütün insanların yer üzündə bəhrələnmək və istifadə haqları var. (Ayədə "ləkum” təkrarlanmışdır)
10. İbadətin vacib olma dəlili yeri, səmanı, yağışı, otları sizin üçün ruzi yaratmış Allahın lütfüdür. ("Ubudu Rəbbəkum.. əlləzi cəələ ləkum...”)
11. Allah təbiət vasitələrinə hakimdir. ("Cəələ, ənzələ, əxrəcə”)
12. Allahın şəriki olduğunu güman etmək cəhalətdəndir. ("La təcəlu lillahi əndadən və əntum tələmun”)