Əl-Bəqərə surəsi - Ayə: 34

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 34
Və (yadına sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə və təzim edin!» buyurduq. İblisdən başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 34. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 34 MÖHSÜN QƏRAƏTİ.

34. وَإِذْ قُلْنَا لِلْمَلاَئِكَةِ اسْجُدُواْ لآدَمَ فَسَجَدُواْ إِلاَّ إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ
"Mələklərə "Adəmə səcdə edin” dediyimiz vaxt İblisdən başqa hamısı səcdə etdi. İblis boyun əyməyib təkəbbürlük göstərdi və kafirlərdən oldu.”
Nöqtələr
Quranın bildirdiyinə görə İblis mələklərlə bir cərgədə ibadət edən cin idi. ("Kanə minəl-cin”)("Kəhf” 50. )
Allahın əmri ilə Adəmə səcdə, əslində Allaha bəndəlik idi. ("Uyunul-əxbarir-Riza”) Çünki gerçək ibadət bizim meylimizə əsaslanan yox, Allahın istədiyi əməldir. İblis Allaha əsrlərcə səcdə etməyə hazır idi. Amma Adəmə səcdə etmədi!
İblis iki azğınlığa yol verdi:
a) Etiqadi azğınlıq; "Əba" (boyun əyməmək) onun günahının səbəbi oldu.("Zümər”, 72. )
b) Əxlaqi azğınlıq; Təkəbbür İblisin cəhənnəmə getməsinin səbəbi oldu.("Ə`raf”, 11. )
Adəmə səcdə şəxsən ona yox, bütün nəslinə və övladına xatir idi. Çünki başqa bir yerdə buyurulur: "Sizi xəlq etdik, sonra sizə surət verdik və mələklərə "Adəmə səcdə edin” dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.("Təfsiri-safi”. ) İmam Səccad (ə) buyurmuşdur: "Həzrət Peyğəmbər (s) buyurdu ki, Adəmə səcdə onun züryətinə və nəslinə xatir idi.("Fussilət”, 29. )
Mələklərin səcdəsi müvəqqəti idi. Amma onların möminlərə nazil olması və onlar üçün istiğfarları daimidir. "Allah bizim Rəbbimizdir” deyib, bu əqidədə sabit qalanlara mələklər nazil olar”.("Hicr”, 29. )
Adəmə cisminə görə yox, ilahi ruhuna görə səcdə edilməli idi.("Saffat”, 146. )
Bütün mələklər insana səcdə etdiyi halda insanın Allaha səcdə etməməsi insafsızlıqdır.
Bildirişlər
1. İnsan kimi mələklərə də xitab edilir, əmr olunur və qadağa qoyulur. ("Uscudu li Adəmə”)
2. Ləyaqət uzaq keçmişə malik olmaqdan mühümdür. Belə ki, qədim mələklər yeni insana səcdə etməli idilər. ("Uscudu li Adəmə”)
3. Əməldə itaətsizlikdən də təhlükəli olan şey Allah əmrinə etiqadsızlıqdır. ("Əba vəstəkbər”)
4. İblisin təkəbbürü və cəsarəti onun bədbəxtliyinə səbəb oldu. ("Kanə minəl kafirin ")
Müəllif: MÖHSÜN QƏRAƏTİ.