24. فَإِن لَّمْ تَفْعَلُواْ وَلَن تَفْعَلُواْ فَاتَّقُواْ النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ أُعِدَّتْ لِلْكَافِرِينَ
"Əgər belə bir işi bacarmazsınızsa və heç vaxt da bacarmazsınız, onda kafirlər üçün hazırlanmış, yanacağı insanlar və daşlar olan oddan çəkinin.”
"Ənbiya” surəsində oxuyuruq: "Siz və Allahdan savay pərəstiş etdiklərinizin hamısı cəhənnəm yanacağısınız.”("Rəd”, 13. ) Bəlkə də ayədə "daş” deyilərkən hər hansı daş yox, pərəstiş edilən bütlər nəzərdə tutulmuşdur. (Tarix boyu yalnız Həcərül-əsvədə sitayiş olunmamışdır və bu daş heç vaxt cəhənnəm odu olmayacaq. Bəli! Həcərül-əsvəd Allahın yer üzündə əli, bəşər fitrətinin etirafı üçün şahiddir.) Onlar öz gözləri ilə görməlidirlər ki, bütlərin əlindən bir iş gəlməyib və gəlmir. Eləcə də, bu daşlar qiyamət günü qatilin qanlı bıçağı tək günahın dəlil əşyasıdır.
Sual: Əgər söz bəşərin ixtirasıdırsa, nə üçün Quranın mislini gətirə bilmirlər?
Cavab: Əlifbanın hərfləri bəşərdəndir. Amma onların düzümü və uca məfhumlarının bəyanı elm və hünərdən qaynaqlanır. Quran Allahın sonsuz elm və hikmətinə əsaslanır. Amma istənilən bir şəxsin yazdığı istənilən bir kitab bəşəriyyətin məhdud elmi əsasında tərtib olunur. Ona görə də bəşər heç vaxt Quran mislində kitab hazırlaya bilməyəcək.
1. Yol və məqsədin haqq olmasına yəqinlik rəhbərlik üsullarından biridir. ("Və lən təfəlu”)
2. İndi ki, acizlik və zəiflik hiss etdiniz, haqqa təslim olun. ("Və lən təfəlu fəttəqu”)
3. Çaşqın və kafir insan daşla bir sırada dayanır. ("Ənnasu vəl-hicarə”)
4. Günahkar insanın iç xəbislikləri qiyamət günü təcəssüm olub, oda bürünər. ("Vəquduhənnasu”)
5. Küfr və inadkarlıq Allahın xəlifəsi olmağa layiq insanı cəhənnəm yanacağına döndərər. ("Vəquduhənnasu”)
6. Cəhənnəm odundan qurtuluş Qurana iman və İslam peyğəmbərinin təsdiqi girovundadır. ("Fə in lən təfəlu və ləm təfəlu fəttəqunnar... Uiddət lil-kafirin”)