Əl-Bəqərə surəsi - Ayə: 234

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 234
Sizdən vəfat edənlərin qoyub getdikləri arvadlar (vəfat iddəsi olaraq) özlərini dörd ay on gün saxlayaraq gözləməlidirlər. Müddətlərinin sonuna çatdıqda isə onların özləri barədə yaxşı və bəyənilən şəkildə etdiklərində (ərə getmələri və ya getməmələrində) sizə (cəmiyyətin hakimlərinə və ya müsəlmanlara) günah yoxdur. Allah etdiklərinizdən xəbərdardır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 234. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 234 MÖHSÜN QƏRAƏTİ.

"Sizlərin ölüb-gedənlərinizdən qalan qadınlar dörd ay on gün özlərini gözləməlidirlər. Möhlətləri (iddələri) başa çatdıqda onların özləri haqqında bəyənilmiş şəkildə gördükləri işdə sizə günah yoxdur. (Könülləri istəyən kişi ilə izdivac edə bilərlər). Allah gördüyünüz işlərdən xəbərdardır.”

 

Nöqtələr
"Əl-Mizan” təfsirində müxtəlif qövm və millətlərin əqidələri, ərini əldən vermiş qadınlar haqqında məlumat verilmişdir. Təfsirdə oxuyuruq: Bəzi qövmlər belə bir əqidədə olmuşlar ki, ər öldükdən sonra qadını diri-diri yandırsınlar. Bəzilərinin əqidəsinə görə isə qadın əri ilə birlikdə torpaqda diri dəfn olunmalı idi. Bəzi qövmlər yenidən izdivacı həmişəlik qadağan sayırdılar. Bəziləri isə növbəti izdivaca qədər bir il və ya doqquz ay gözləməyi zəruri bilirdilər.
Bəziləri belə bir əqidədə idilər ki, qadın ərin vəsiyyətnaməsində göstərilmiş müddətə qədər ərə gedə bilməz. Bir başqaları ər ölən kimi yenidən izdivacı caiz sayırdılar. Bu əqidələrdəki ifrat və təfrit açıq-aşkar diqqəti cəlb edir. İslam isə öz baxışını belə bəyan etdi: Qadın iddə müddətini gözlədikdən sonra ləyaqət və yaxşılıq çərçivəsində istədiyi kişiyə ərə gedə bilər.
Ərin ölümündən sonrakı dörd ay on günlük iddə müddətində qadının hamilə olub-olmadığı bilinir. Bundan əlavə, əri ölən kimi izdivac edən qadın qohum-əqrəbanın narahatlığına səbəb olur.
Əlbəttə ki, yuxarıda deyilənlər hamilə olmayan qadınlar üçündür. Hamilə qadınlar isə bətnindəki körpəni doğanadək iddə gözləməlidirlər.
Quran izdivacla bağlı bir çox məqamlarda "məruf” sözünü işlədir. Bu sözdən görünür ki, bütün qərarlar ağıl və şəriət əsasında çıxarılmalıdır.
Bildirişlər
1. Ölüm yox olmaq deyil. Ölüm ruhun kamil şəkildə cisimdən ayrılmasıdır. "Təvəffi” sözü tam almaq mənasını bildirir.
2. Qadın əri öldükdən dərhal sonra yeni ailə qura bilməz.
3. Ərin adamları dul qadının qərarlarına müdaxilə edə bilməz.
4. Bütün işlərimizin və qərarlarımızın Allahın nəzərində olmasına iman təqvanın ən möhkəm dayağıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.