Əl-Bəqərə surəsi - Ayə: 235

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 235
(Vəfat iddəsində olan) qadınlara elçilik barəsində üstüörtülü bir şey deməyinizdə, yaxud (bunu) ürəyinizdə gizlətməyinizdə sizə bir günah yoxdur. Allah sizin tezliklə onları (fitri hisslər əsasında) yada salacağınızı bilir. Lakin onlarla evlənmək barəsində gizlində sövdələşməyin, yalnız bəyənilən (və üstüörtülü və rəmzi) sözlər deyin. Müəyyən olunmuş müddət (iddə) sona çatmayınca əsla nikah bağlamaq qərarına gəlməyin. Bilin ki, Allah ürəyinizdə olanları bilir. Buna görə də Ondan (Onun qəzəbindən) çəkinin və bilin ki, Allah çox bağışlayan və həlimdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 235. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 235 MÖHSÜN QƏRAƏTİ.

"(Əri ölmüş qadınlara) kinayə və bir işarə ilə elçiliyi bildirmək və ya onu ürəkdə saxlamağın günahı yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Onlarla bəyənilmiş şəkildə danışın, amma gizlində vədələşməyin. Müəyyən olmuş müddət başa çatmayınca, onlarla izdivac etməyin. Bilin ki, Allah qəlbinizdə olanları bilir. Ondan çəkinin və bilin ki, Allah bağışlayan və həlimdir.”
Nöqtələr
"Ərrəztum” üstüörtülü danışıq, "xitbət” isə elçilik mənasındadır. Bu ayədə iddə zamanı izdivac etmək istəyinin izharı üçün maneə olmadığı bildirilir. Bir şərtlə ki, aşkar yox, kinayə ilə olsun. Burada "qovli-məruf” (şüurlu məsləhət) odur ki, elçilik istəyinin izhar üsulu itki vermiş qadına və ictimai ədəbə uyğun olsun. Məsələn, belə demək olar: Allah ərinizə rəhmət etsin və sizə səbir versin. Siz əriniz kimi layiqli adamlarla yenə ailə qura bilərsiniz.
Bildirişlər
1. İslam fitri bir dindir və insanın izdivac meyli də fitridir. Ona görə də İslam hətta iddə müddətində kinayə yolu ilə, hisslərə toxunmamaqla bu istəyin bəyanına icazə verir.
2. Nəfs istəklərinə və həyəcanlarına diqqətli olun. İstəkləri boğmaq əvəzinə gənclərə yol göstərib xəbərdarlıq edin.
3. Təkliflərin proqramlaşdırılmasında zaman və halı nəzərə almaq əsas məsələdir. İddə dövründə hüznlü qadına elçilik ədəbsizlik, kobudluqdur.
4. Qəlbində olanlardan Allahın xəbərdarlığını bilən kəs təqva yolunu seçər.
5. Bütün hallarda, xüsusi ilə ailə məsələlərində təqva sifariş olunmuşdur.
6. Allah Öz helmi ilə sizin səbirsizliyinizi aradan qaldırır. Siz o qədər tələsirsiniz ki, ərini itirmiş hüznlü qadının elçiliyinə tələsirsiniz. Allah isə Öz helmi ilə bu işi sizin üçün qadağan etməmişdir.
7. Xəbərdarlıq etdikdən sonra geri qayıdış üçün şərait yaradın.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.