Əl-Bəqərə surəsi - Ayə: 131

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 131
O zaman Rəbbi (tovhid dəlillərini göstərdikdən sonra, ilham yolu ilə) ona «təslim ol!» buyuranda o, «aləmlərin Rəbbinə təslim oldum» dedi. Həmçinin (peyğəmbər kimi seçilərək göndərildikdən sonra, vəhy yolu ilə) ona «əmrə təslim ol!» buyuranda o, «Allahın əmrlərinə təslim oldum» dedi.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 131. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 131 MÖHSÜN QƏRAƏTİ.

"(Xatırlayın,) o zaman ki, Allah İbrahimə buyurdu: "Təslim ol.” (İbrahim) dedi: "Aləmlərin Rəbbi qarşısında təslim oldum.”
Bildirişlər
1. İlahi məqamlar və lütflər dəlil olmadan kimsəyə verilmir. Allah İbrahimi Öz qarşısındakı təslimçilik ruhiyyəsinə xatir seçdi.
2. İnsanın Allah qarşısında təslim olmasının fəlsəfəsi budur ki, Allah aləmlərin Rəbbidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.