Əl-Bəqərə surəsi - Ayə: 128

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 128
«Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat), bizim (Həcc, qurban kəsmək və qurbanlıq yerləri kimi) ibadət əməllərimizi bizə göstər və bizə nəzər sal ki, həqiqətən çox mehriban, tövbələri qəbul edən və rəhmli Sənsən!»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 128. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 128 MÖHSÜN QƏRAƏTİ.

"(İbrahim və İsmail dedilər:) Pərvərdigara! Bizi Özünə təslim et, nəslimizdən (də) Sənə təslim olacaq ümmət qərar ver, pərəstişin yolunu və qaydasını bizə göstər və tövbəmizi qəbul et. Həqiqətən, Sən tövbələri qəbul edən, mehribansan.”
Nöqtələr
Həzrət İbarahim və İsmail hər ikisi Allahın zibh əmrini ən ali təslim dərəcəsində yerinə yetirsələr də, yenə də uyğun ayədə Allahdan diləyirlər ki, onları Öz fərmanına təslim etsin. Onlar Allahdan daha böyük təslimçilik və ya təslim ruhiyyəsinin davamını istəyirlər. yalnız Allaha təslim olan kəs nə büt düzəldən əmisinə təslim olur, nə bütlərin qarşısında diz üstə çökür, nə də zalım hakimlərə (tağuta) itaət edir.
Bildirişlər
1. Bugünkü kamilliyinizlə kifayətlənməyin. Allahdan bu kamalın yetkinləşməsi və davamını istəyin.
2. Gələcək nəsil və övladlara diqqət Allahın bəyəndiyi və aqilanə bir uzaqgörənlikdir. Bu xasiyyət insanın baxışının dərinliyindən və batini bir eşq, yanqıdan danışır. Bu sayaq istəklər həzrət İbrahimin dualarında dəfələrlə təkrarlanmışdır.
3. Bəndəliyin yolunu və qaydasını Allahdan öyrənmək lazımdır. Əks təqdirdə insan müxtəlif xürafat və büdrəmələrə düçar olar.
4. İnsanın ruhu təslim olmayınca bəyan olunmuş hökmlər faydasızdır. Burada İbrahim Allahdan əvvəlcə təslim ruhu istəyir, sonra isə ibadət və bəndəliyin yolunu və qaydasını diləyir.
5. Tövbə və qayıdışa ehtiyac, ilahi lütf hər hal və məqamda dəyərdir. Rəvayətdə oxuyuruq ki, həzrət Peyğəmbər (s) gün ərzində yetmiş dəfə istiğfar edirmiş. Halbuki o məsum idi və heç bir günah etməmişdi.
6. Dua qaydalarından biri də Allaha sitayişdir və bu ayədə həmin nöqtə gözə çarpır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.