"(Xatırla,) o zaman ki, İbrahim İsmail ilə evin (Kəbənin) sütunlarını yuxarı qaldırırdı. (Və deyirdilər,) Pərvərdigara, bizdən qəbul et. Həqiqətən, Sən eşidən və bilənsən.”
Çoxsaylı ayə və rəvayətlərdən məlum olur ki, Kəbə evi həzrət Adəmin dövründən mövcud olmuşdur. Həzrət İbrahim isə onu bərpa etmişdir. Həzrət İbrahim zövcəsi və oğlunu Məkkədə yerləşdirərkən deyir: "Pərvərdigara, ailəmdən bəzisini bu quru və əkinsiz yerdə, Sənin evinin kənarında sakin etdim.("Nəhcül-bəlağə”, x. 192. ) Buna əsasən deyə bilərik ki, həzrət İsmailin südəmərlik dövründə də Kəbədən əsər olmuşdur. "Ali-İmran” surəsində də Kəbə xalqın ilk evi kimi yad olunur. Haqqında danışılan ayədə də evin sütunlarının İbrahim tərəfindən qaldırılmasından danışılır. Ayənin təbirlərindən aydın olur ki, Kəbənin əsasları əvvəlcədən mövcud olmuş, İbrahim və İsmail onları qaldırmışlar. Həzrət Əli (ə) də "Nəhcül-bəlağə”də bu nöqtəyə işarə etmişdir: "Allah həzrət Adəmin dövründən əbədi olaraq bütün xalqı Kəbə və onun daşları ilə sınağa çəkir.("Cumuə”, 2. )
Həzrət İbrahim və İsmail bu işdə bərabər çalışmırdılar. Həzrət İbrahim bənnalıq edir, İsmail isə atasına daş verirdi. Ola bilər bu ayədə məhz bu səbəbdən o iki şəxsiyyətin adları fasilə ilə gətirilmişdir.
1. Xeyir iş banilərini unutmayaq.
2. İlahi hədəflər yolunda bənnalıq və fəhləlik də ibadətdir. Ona görə də Allahdan işlərin qəbul olması istənilir.
3. İş yox, onun qəbul olması əhəmiyyətlidir. Allah tərəfindən qəbul olunmayacağı halda, Kəbə tikməyin də faydası yoxdur.
4. Allahın əzəməti qarşısında öz işlərinizi dilə gətiriləsi saymayın. Həzrət İbrahim öz işi və bənnalığının adını da çəkmədi və yalnız bunu dedi: "Pərvərdigara, bizdən qəbul et.”
5. Rəvayətdə nəql olunmuşdur: Duanın qəbul şərti və qaydalarından biri Allaha sitayişdir. İbrahim öz duasında Allaha sitayiş də edir.