Ali-İmran surəsi - Ayə: 90

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 90
Həqiqətən imanlarından sonra kafir olan, sonra öz küfrlərini artıran kəslərin tövbələri əsla qəbul olunmaz. (Çünki onların tövbəsi ya nifaq üzündəndir, ya da ki, ölümü müşahidə edən zamandır.) Onlardır doğru yoldan azanlar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 90. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 90 MÖHSÜN QƏRAƏTİ.

"Əlbəttə, iman gətirdikdən sonra kafir olan, öz küfrünü artıranların heç vaxt tövbəsi qəbul olmayacaq. Onlar həmin azğınlardır.
Nöqtələr
Mürtədlər və dindən çıxanlar iki növdür:
a) Milli mürtəd – onun nütfəsi qoyulan zaman ata-anası kafir idilər. Büluğ həddinə çatdıqdan sonra həmin şəxs küfrünü bildirib, sonradan İslamı qəbul edir. Sonra isə yenidən İslamdan çıxır. Bu şəxs müsəlman doğulmadığından cəzası yüngüldür.
b) Fitri mürtəd– bu şəxsin nütfəsi qoyularkən ata-anası müsəlman idi. Büluğ həddinə çatdıqdan sonra İslamı qəbul edir, sonradan dindən çıxır. Bu şəxsin cəzası ağırdır. Məsələn, edam.
Tövbə yolu kimsəyə bağlı olmasa da, kimlərsə tövbədən sui-istifadə etməməlidir. İmandan əl götürüb, daim küfr və inadkarlıq edən, yalnız ölüm məqamında və ya müsəlmanlar qələbə çaldıqdan sonra tövbə edənlərin tövbəsi qəbul olmayacaq. Çünki tövbənin şərtləri və yolları var. Belələrinin tövbəsində uyğun şərtlər ödənmir.
Bildirişlər
1. Yalnız ömrün sonunadək davam edən iman dəyərlidir. Küfrlə sonuclanan iman faydasızdır.
2. İnsan azaddır. O həm iman gətirə bilər, həm də kafir ola bilər. İnsan həm öz imanında, həm də küfründə möhkəm dayana bilər. O həm tövbə etmək, həm də günahını davam etdirmək imkanına malikdir.
3. Hər bir kamillik və ya azğınlıq artıb-azalmaq qabiliyyətinə malikdir. Məsələn, həm elm və hidayət("Taha”, 114; "Muhəmməd”, 17. ), həm də azğınlıq arta bilər.
4. Allah tövbələri qəbul edəndir. Amma bəziləri tövbənin qəbul şərtlərini pozurlar. Cərrah nə qədər mahir olsa da, xəstədə bərpa gücü olmadıqda nəticə hasil olmur.
5. Küfrdə israr və onun davamı tövbənin qəbul olmasının qarşısını alır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.