Ali-İmran surəsi - Ayə: 84

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 84
De: «Biz Allaha, bizə nazil olana, həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba və Əsbata (Yəqubun nəslindən olan peyğəmbərlərə) nazil olana, eləcə də Musaya, İsaya və (digər) peyğəmbərlərə, onların Rəbbi tərəfindən verilənə iman gətirdik (və onların peyğəmbərliklərinə və bir Allah tərəfindən göndərilmələrinə etiqad baxımından) onların heç birisinin arasında fərq qoymuruq və biz yalnız Ona təslimik».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 84. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 84 MÖHSÜN QƏRAƏTİ.

«De, Allaha və bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və Əsbata (Yəqubun nəslindən olan peyğəmbərlərə) nazil edilənə, Musaya, İsaya və dirgər peyğəmbərlərə Rəbbləri tərəfindən verilənə iman gətirmişik, onlardan heç birinin arasında fərq qoymuruq və biz təkcə Ona (əmrlərinə) təslimik.»
Nöqtələr
Bir-iki söz istisna olmaqla, bu ayə tamamilə Bəqərə surəsinin oxşarıdır.
İşin zahiri forması əsas deyil. Əsas məsələ son və yekun hədəfdir. Mümkündür ki, müxtəlif zamanlarda peyğəmbərlərin dəvət və fəaliyyət forması fərqli olsun. Məsələn, həzrət Musa Fironun üstünə gedir, həzrət Süleyman isə Bilqeys kimi hökmdarı dəvət edir. Amma hər iki halda son hədəf birdir. Məsum imamların da fəaliyyət növü eynilə belədir.
Keçmiş peyğəmbərlərdən gələcək peyğəmbərləri təqdim edib tanıtdırmaq istənilirsə, gələcək peyğəmbərdən də öz ardıcılları ilə birgə keçmiş peyğəmbərlərə iman gətirmək tələb olunur.
Bildirişlər
1. Öz imanınızı aşkar edin.
2. Peyğəmbərlərə iman Allaha imanın kənarında olmalıdır.
3. Özümüzdən əvvəlkilərin xidmətlərini unutmayaq.
4. Peyğəmbərlərin gəlməsi ilahi rübubiyyətin cilvəsidir.
5. İlahi hidayət və din bəşər tarixi boyu olmuşdur.
Peyğəmbərlər bir məktəbin müəllimləri kimidir; ibtidai siniflərdən tutmuş ali dərslərə qədər silsiləvari maarif tədris olunmalıdır.
6. Bütün peyğəmbərlər vahid hədəf uğrunda çalışıblar.
7. Bir peyğəmbərin digərindən üstün olması onlara iman gətirilməsində maneçilik yaratmır.
8. İslam peyğəmbəri digər peyğəmbərlərə öz imanını bildirməklə onların ardıcıllarını ümumi dəvətə çağırır.
9. İslam peyğəmbəri haqqa mütləq şəkildə təslimdir.
10. Peyğəmbərlər arasında fərq qoyanlar Allaha həqiqi mənada təslim olmamışlar.
11. Möminlər digər mövcudlarla həmahəng şəkildə Allaha təslim olublar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.