Ali-İmran surəsi - Ayə: 86

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 86
İman gətirərək elçimizin haqq olmasına şəhadət verdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan dəstəni Allah necə hidayət etsin?! (Kitab əhlinin bəzisi İslam peyğəmbərinin peyğəmbərliyə göndərilməsindən qabaq öz kitablarına əsasən iman sahibi idilər. Onun göndərilməsindən sonra isə İslamdan dönən mürtədlər kimi inkar etdilər.) Allah zalım dəstəni hidayət etməz.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 86. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 86 MÖHSÜN QƏRAƏTİ.

«Allah necə hidayət etsin elə bir dəstəni ki, peyğəmbərin haqq olmasını, onun möcüzələrini və aydın sübutlarını görüb iman gətirdikdən sonra yenidən kafir oldular. Allah ziyankar qövmü hidayət etməz.»
Bildirişlər
1. Hidayət yolları geniş və aydın olan bir məktəbə laqeyid yanaşıb, ona kafir olmaq çox təhlükəlidir.
2. İlkin iman kifayət deyil, onu davam etdirib müsbət və yekun nöqtəyə çatdırmaq lazımdır. Çünki dindən yayınmaq təhlükəsi həmişə mövcuddur.
3. Müsəlmanlardan bir dəstəsi həzrət Peyğəmbərin (s) öz zamanında dindən çıxdı.
4. Haqqa, məntiqə, ağıla, ilahi elçiyə və aşkar dəlillərə arxa çevirmək zülümdür. Bu iş ilahi lütf mehvərindən xaric olmağa səbəb olar.
5. Allah-təalanın dəyişməz qaydalarından biri də budur ki, O, heç vaxt zalımları hidayət etməz.
6. Dindən xaric olan şəxslərin tövbə edib qayıtması çox müşküldür.
7. Məlumatsız kafirlər agah kafirlərlə müqayisədə hidayət olunmağa daha yaxındırlar.
8. İlahi hidayətə nail olmaq və ya ondan məhrum olmaq insanın öz əlindədir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.