Ali-İmran surəsi - Ayə: 9

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 9
«Ey Rəbbimiz, həqiqətən Sən, barəsində heç bir şəkk-şübhə olmayan gündə insanları bir yerə toplayansan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 9. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 9 MÖHSÜN QƏRAƏTİ.

"Elmdə möhkəm olanlar duanın ardınca deyərlər:) Pərvərdigara! Həqiqətən, sən xalqı heç bir şübhə olmayan gün üçün toplayarsan. Həqiqətən, Allah Öz vədini pozmaz.”
Nöqtələr
Qiyamətə inanan şəxs öz aqibətindən nigaran olur və Allahdan yardım istəyir.
Vədə xilaflığın mənşəyi qəflət, acizlik, qorxu, cəhalət və ya peşmançılıqdır. Amma Allahın müqəddəs zatında bu halların heç birinə yer yoxdur.
Bildirişlər
1. Elmdə möhkəm olanlar gələcəyə və qiyamətə göz dikmişlər.
2. Dünyadakı ruhi hallara diqqət və axirətdə əməllərə cavabdehlik həqiqi alimlərin nişanəsidir.
3. Qiyamət günü həm xalqın bir yerdə hesab-kitab üçün toplaşacağı, həm də mühakimədən sonra hər kəsin ayrıca öz yerini tutacağı fəzl günüdür.
4. Elmdə möhkəm olanların qiyamətə yəqinlikləri var. Onlar Allahın vəfasına əmindirlər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.