Ali-İmran surəsi - Ayə: 10

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 10
Həqiqətən, kafirlərin nə malları və nə də övladları onlardan Allah(ın əzabın)dan olan heç bir şeyi əsla uzaqlaşdırmayacaqdır. Onlardır (Cəhənnəm) odun(un) yanacaqları!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 10. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 10 MÖHSÜN QƏRAƏTİ.

Həqiqətən, küfr edənlərin nə malları, nə də övladları ilahi əzab qarşısında onların karına gəlməz. Onlar özləri od üçün çırpı, yanacaqdırlar.”
Nöqtələr
"Vəqud” yanacaq maddəsi mənasındadır. Cəhənnəm odu iki vasitə ilə alovlanır: Daşlar və insanlar.(bax: "Bəqərə”, 24. )Xasiyyətlər, düşüncələr, əməllər insanın şəxsiyyətini parçalayar və insan yanacağa dönüb özünün yanmasına səbəb olar.
İnsanın dünya və axirətdəki gerçək ehtiyaclarını Ondan qeyrisi təmin edə bilməz. İnsan bütün hallarda Ona möhtacdır.
Bildirişlər
1. Mal və övladla qürrələnməyin. Allahdan qeyrisinə ünvanlanmış istənilən bir vurğunluq məhkumdur.
2. Küfr insanı insanlıq dairəsindən çıxarıb, onu əşya səviyyəsinə endirir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.