Əsas məzmuna keç

Ali-İmran surəsi - 16-cı Ayə

Surə 3
Ayə 16

Azərbaycan dilində tərcümə

«Ey Rəbbimiz, həqiqətən biz iman gətirdik, belə isə günahlarımızı bağışla və bizi odun əzabından qoru» deyən kəslər
Tam Surə

Ali-İmran surəsi 16-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 16

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Təqvalılar) o kəslərdirlər ki, deyərlər: Pərvərdigara! Həqiqətən, biz iman gətirdik. Günahlarımızı bağışla və bizi atəş əzabından qoru.”
Bildirişlər
1. Müttəqilər daim tövbə və dua halındadırlar.
2. İman ilahi əfvin zəminəsidir.
3. Əfv rübubiyyət şəni və tərbiyə şərtidir.
4. Allahın qəhr və qəzəbindən qorxu təqva nişanələrindəndir.
5. Öz yaxşı işlərinizə güvənməyin. Təqvalı olsanız da, Allahın qəhr və qəzəbindən qorxun.