Ali-İmran surəsi - Ayə: 6

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 6
Sizi (anaların) uşaqlıqlar(ın)da istədiyi şəkilə salan Odur. Ondan başqa bir tanrı yoxdur, yenilməz qüdrətli və (vücuda gətirmə və yol göstərmədə) möhkəm yaradılış sahibidir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 6. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 6 MÖHSÜN QƏRAƏTİ.

"O, sizi bətinlərdə istədiyi şəklə salan kəsdir. İqtidar və hikmət sahibi olan Allahdan savay məbud yoxdur”.
Nöqtələr
Körpənin bətndə formalaşması Allahın qəyyumluğunun digər bir nişanəsidir. Bu barədə əvvəlki ayələrdə oxuduq.
Ana bətnində insanın formalaşması mövzusu kitabın iki nüzul ayəsi arasında gəlmişdir. Bu, ana bətnində insana diqqət göstərən Allahın gələcəkdə də onun üçün ilahi qanunlar və səmavi kitablarla inkişaf şəraiti yaratması rəmzi ola bilər.
İnsanın formalaşmasında irsi, sağlamlıq, qidalanma və ya psixoloji amillərin təsiri də ilahi sünnələrdəndir və Allahın qüdrət, tədbir, hikmət dairəsindən kənar deyil.
Bildirişlər
1. Yaranış və şəriət qanunlarının mənşəyi eynidir. Sizin hidayətiniz üçün kitab göndərən həmin Kəsdir ki, sizi yaratmışdır.
2. Ana bətnində insanın formalaşması yalnız Onun əlindədir.
3. Əgər insana surət, forma verən Odursa, bir-birinizi zahiri görkəminizə görə qınamayın.
4. Onun qüdrəti məkan və zaman məhdudiyyətinə sığmır.
5. İnsanın öz yaranışı haqqında düşünməsi onun Allaha iman gətirməsi səbəbidir.
6. Allah hər işə qadir olsa da, hikmətsiz iş görmür.
7. Fərdlərin müxtəlif surətlərdə olması Allahın qüdrət və hikmət nişanəsidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.