Ali-İmran surəsi - Ayə: 38

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 38
Zəkəriyya həmin vaxt, orada öz Rəbbini çağırdı və dedi: « Ey Rəbbim, Öz tərəfindən mənə pak olan bir övlad əta et ki, həqiqətən Sən, duanı eşidənsən».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 38. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 38 MÖHSÜN QƏRAƏTİ.

"Bu məqamda (bütün bu kəramətləri və səma süfrəsini gördükdə) Zəkəriyya öz Rəbbini çağırdı və dedi: «Pərvərdigara! Öz tərəfindən mənə pak və bəyənilmiş bir nəsil əta et. Həqiqətən, Sən duaları eşidənsən.»”
Nöqtələr
Əvvəlcə qeyd olunduğu kimi, Məryəmin anası Zəkəriyyanın zövcəsi ilə bacı idi və hər iki qadın sonsuzdu. Məryəmin anası quşun öz balasına dən verdiyini görüb pərişan oldu və Allahdan ona övlad əta etməsini istədi. Məryəmin məqam və mərtəbəsini görən Zəkəriyya da Allahdan övlad dilədi.
Bildirişlər
1. Duanın qəbul olunmasında insanın halı və dua vaxtı təsirlidir.
2. Qibtə etmək kamal, həsəd isə nöqsandır. Zəkəriyya Məryəmin məqamını görüb heyrətə gəldi, qibtə etdi və dua üçün əlini açdı.
3. Qadın Allahın peyğəmbərini heyrətə sala bilər.
4. Başqalarının kamilliyinin müşahidəsi kamillik istəyi yaradır və insanın diqqətini Allaha yönəldir.
5. Pak övlad və nəsil istəyi peyğəmbərlərin qaydasıdır.
6. Nəsil və övladların dəyəri onların paklığından aslıdır.
7. Duada Allah böyük tutulmalıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.