Ali-İmran surəsi - Ayə: 113

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 113
Onların hamısı bir deyil. Kitab əhlindən əməli doğru olan bir dəstə vardır ki, onlar gecə vaxtları (Allaha) boyun əyib səcdə edərək Allahın ayələrini oxuyurlar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 113. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 113 MÖHSÜN QƏRAƏTİ.

"Kitab əhlinin hamısı eyni deyil. Onlardan bir dəstəsi (Allaha itaət üçün) durub gecə yarı ilahi ayələri tilavət edir və səcdə qılırlar.”
Nöqtələr
Bu və bundan sonrakı ayələr kitab əhlinin bir dəstəsinə aid olan yaxşı sifətləri bəyan edir. Bu sifətlər Allaha itaət üçün dayanmaqdan, səmavi kitabın tilavətindən, səcdədən, yaxşıya əmr və pislikdən çəkindirməkdən, xeyir işlərə tələsməkdən ibarətdir. Bəlkə də bu əməllər əvvəlki ayədəki "həblüllah” sözünü açıqlayır.
Müsəlmanların Quran tilavəti ilə yanaşı namaza durması Allaha sitayiş sayıldığı kimi, səmavi kitabın tilavəti, ibadət və səcdə də kitab əhli üçün sitayiş sayılır.
Allah-təala bu ayədə elmin, əməlin, ardıcıllığın, eşq və əlaqənin, istiqamətliliyin dəyərinə işarə etmişdir.
Bildirişlər
1. Yaxşılıq və kamilliyi istənilən bir tayfadan qəbul edək. Başqalarını tənqid edərkən onların yaxşı cəhətlərinə göz yummayaq.
2. Ətrafdakıların dəvət yollarından biri də onların yaxşı cəhətlərini etiraf etməkdir.
3. İbadət himmətə, ciddiliyə, eşq və hazırlığa ehtiyaclıdır.
4. Quran ayələrinin tilavəti və gecə səcdələri Allah tərəfindən bəyənilmişdir.
5. İlahi ayələrin tilavəti və Allah dərgahına səcdə ilahi əmrə itaətdir.
6. Gecə və sübh münacat üçün ən yaxşı vaxtdır.
7. İbadətin ən ali halı səcdədir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.