Ali-İmran surəsi - Ayə: 112

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 112
Harada tapılsalar (İslam baxımından) onlara – Allah tərəfindən olan bir ip(ə İslamı qəbul etməyə) və ya camaat tərəfindən olan bir ip(ə müsəlmanların himayəsinə sığınmaları) istisna olmaqla - zillət və xarlıq (damğası) vurulmuşdur. Onlar Allahın qəzəbinə tərəf dönüb Onun qəzəbinə layiq olublar və onlara (etiqadi, əxlaqi, əməli və ictimai) fəqirlik və bədbəxtlik (damğası) vurulmuşdur. Bu ona görədir ki, onlar həmişə Allahın ayələrinə kafir olur və Allahın peyğəmbərlərini nahaq yerə öldürürdülər. Bunun səbəbi günah etmələri və həmişə həddi aşmalarıdır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 112. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 112 MÖHSÜN QƏRAƏTİ.

"(Düşmənləriniz o qədər qorxaqdırlar ki,) harada olsa zillət damğası ilə damğalanmışlar. Yalnız ilahi ipə sarıldıqda və xalqa bağlandıqda belə olmaz. Onlar Allahın qəzəbinə düçar oldular və çarəsizlik möhürü ilə damğalandılar. Bunun səbəbi onların Allah ayələrinə küfr etməsi, peyğəmbərləri nahaqdan öldürmələri idi. Bunun səbəbi üsyan edib, həddi aşmaları idi.”
Nöqtələr
Rəvayətlərdə nəql olunduğu kimi, bu ayə Allah və Onun rəsuluna itaətsizlik səbəbindən qəzəbə gəlmiş yəhudi qövmü haqqındadır. Onlar zəlalət möhürü ilə damğalanmışlar. Onların bir günahı da peyğəmbərləri qətlə yetirmələri idi. Rəvayətlərə əsasən, burada qılıncla öldürmək yox, peyğəmbərlərin sirlərinin açılması nəzərdə tutulur. Bu sirlərin açılması zalım hakimlərin müvəffəqiyyəti və peyğəmbərləri qətlə yetirməsinə səbəb olmuşdur.("Kafi”, c. 2, səh. 371. )
Bildirişlər
1. Küfr və peyğəmbərləri qətlə yetirməyin nəticəsi zillət və çarəsizlikdir.
2. Yəhudilər həmişə zəlildir. Onlar bəzən təbliğat, iqtisadiyyat və siyasətdə önə keçsələr də, kəramət, izzət, məhbubiyyət və əmniyyət baxımından ən alçaq vəziyyətdədirlər. Necə ki, bir oğru böyük məbləğ əldə etsə də, heç vaxt böyük məqam qazana bilmir.
3. Müxaliflərin zəlil vəziyyətinin bəyanı ilə möminlərin ruhiyyəsini gücləndirin.
4. İki şey izzət rəmzidir: Allahın qüdrətinə daxilən inam, ümmət və millətlərlə gözəl rabitələr.
5. Yəhudilərin xilas yolu İslama iman gətirməkdir.
6. Əqidənin əmələ təsiri var.
7. Yəhudi qövmünə bir çox peyğəmbərlər gəlmişdir.
8. Ən böyük şəxsiyyətlərə münasibətdə də meyarları yaddan çıxarmayın. Peyğəmbərlərin öldürülməsi böyük günah olsa da "haqsız” sözü bu qətl meyarının batil olduğunu göstərir.
9. Günah və təcavüz küfr və peyğəmbərlərin qətli kimi böyük günahlara zəmin yaradır.
10. Təcavüz və küfrdən də pisi bu işlərdə israrlı olub onu davam etdirməkdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.