Ali-İmran surəsi - Ayə: 104

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 104
Gərək sizdən (aranızda) (insanları) xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. Məhz onlardır nicat tapanlar!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 104. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 104 MÖHSÜN QƏRAƏTİ.

"Aranızda (başqalarını) xeyirə dəvət edən, əmr be məruf və nəhy əz münkər edən bir dəstə olmalıdır. Onlar nicat tapmışlardır.”
Nöqtələr
Əmr be məruf və nəhy əz münkərlə bağlı ayənin vəhdət və birlik ayələri arasında yerləşməsinin səbəbi bu ola bilər ki, təfriqəyə düçar olmuş cəmiyyətdə ya xeyirə dəvət gücü yoxdur, ya da belə dəvətlər təsirsizdir.
Əmr be məruf və nəhy əz münkər iki şəkildə icra olunur:
1.Ümumi bir vəzifə olaraq hər kəs öz gücü həddində bu vəzifəni yerinə yetirir.
2. Bu vəzifəni təşkilatlanmış bir dəstə öhdəsinə götürüb yerinə yetirir. Necə ki, yol hərəkətini pozmuş sürücüyə həm digər sürücülər etiraz edir, həm də yol polisi onunla qanuni şəkildə davranır.
Əmr be məruf və nəhy əz münkər haqqında xeyli rəvayət nəql olunmuşdur. Uyğun mövzu ilə əlaqədar həzrət Əlinin (ə) bir buyruğunu xatırlamaqla kifayətlənirik. Həzrət buyurur: "Əgər əmr be məruf və nəhy əz münkər tərk olunsa, xeyir işlər dayanar və şər adamlar hakim olar.”("Nəhcül-bəlağə”, Həzrət Əli ələyhissəlamın vəsiyyətindən. )
Bildirişlər
1. İslam cəmiyyətində hakimiyyət tərəfindən təyin olunmuş nəzarətçi qrup xalqın ictimai rəftarlarını izləməlidir.
2. Cəmiyyətin islahı və günahın qarşısının alınması təşkilati güc və konkret məsul olmadan mümkünsüzdür.
3. Xeyir və yaxşılığa dəvət edən kəs islamşünas, xalqşünas və üsulşünas olmalıdır. Ona görə də bütün xalq yox, bəziləri bu vəzifəni öhdəsinə almışdır.
4. Xeyirə dəvət, əmr be məruf və nəhy əz münkər mövsümi və müvəqqəti yox, daimi olmalıdır.
5. Əmr be məruf (yaxşılığa əmr) nəhy əz münkərdən (pisliyin qadağasından) öndə gəlir. Yaxşılıq yolu açıq olsa, pisliyə aparan yol daralar.
6. Cəmiyyətin inkişaf və islahına ürək yandıranlar həqiqi nicat tapmışlardır. Biganə guşənişinlərin qurtuluşdan payı yoxdur.
7. Qurtuluş insanın yalnız özünün nicat tapmasından ibarət deyil. Başqalarının da nicatı və inkişafı qurtuluş şərtlərindəndir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.