Ali-İmran surəsi - Ayə: 102

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 102
Ey iman gətirənlər, Allahdan Ona layiq olan tərzdə qorxun və yalnız müsəlman olaraq ölün.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 102. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 102 MÖHSÜN QƏRAƏTİ.

"Ey iman gətirənlər! İlahi təqvaya layiq şəkildə Allahdan çəkinin və yalnız müsəlman olaraq ölün.”
Nöqtələr
İman, elm, təqva kimi kamilliklərin mərhələləri var. İbtidai, üstün, mütləq kamal mərhələləri mövcuddur. Quranda oxuyuruq: "Pərvərdigara! Mənim biliyimi artır.”("Taha”, 114. ) "Məkarimul-əxlaq” duasında isə belə oxuyuruq: "Pərvərdigara! Mənim imanımı kamala çatdır.” Bu ayədə isə təqvanın ən ali dərəcəsini əxz etmək tövsiyə olunur.
Bildirişlər
1. Mömin hər gün bir mərtəbə yuxarı qalxmalıdır.
2. Gerçək təqva yaranış və məada iman sayəsində əldə olunur.
3. Təqva xeyir aqibət rəmzidir.
4. İman gətirmək kifayət deyil, imanlı qalmaq lazımdır. İşə başlamaq bir o qədər də mühüm deyil. Ən mühümü işi sona çatdırmaqdır.
5. İslam təkcə necə yaşamağı yox, həm də necə ölməyi bizə öyrədir.
6. İnsanın öz tale və aqibətində rolu var.
7. İslam həm təqvanın keyfiyyətinə əhəmiyyət verir, həm də onun ömrünün sonunadək davamını mühüm sayır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.