Quranda Axtarış Edin

Axtarış nəticələri: "bəlkə şükr edəsiniz" üzrə 10 ayə tapıldı. (1 - 10 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Həmin vaxt, o işdən sonra sizi əfv etdik ki, bəlkə şükr edəsiniz.
Ölümünüzdən sonra sizi (yenidən) diriltdik ki, bəlkə şükr edəsiniz.
Həqiqətən, Allah sizə Bədr (döyüşün)də gücsüz və pənahsız olduğunuz halda kömək etdi. Buna görə də Allahdan qorxun ki, bəlkə şükr edəsiniz.
Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. Əgər cənabətli olsanız yuyunun (qüsl edin). Əgər xəstə və ya səfərdə ikən sizlərdən biri ayaqyolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız, onda pak torpaq axtarın. (Hər iki əlinizin içini ona vurduqdan sonra) həmin torpaqdan üzünüzə və əllərinizə çəkin (təyəmmüm edin). Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükr edəsiniz.
Allah sizi bihudə və niyyətində olmadığınız andlar(ı pozmağınız)a görə cəzalandırmaz, lakin sizi ciddi iradə ilə içdiyiniz andlar(ı pozmağınız)a görə cəzalandırar. Buna görə də onu (pozmağı)n kəffarəsi öz ailənizə yedirtdiyiniz orta hesabla on fəqirə yemək vermək, yaxud onları geyindirmək və ya bir qul azad etməkdir. Beləliklə, əgər kimsə (bunları) tapmasa (onun kəffarəsi) üç gün oruc tutmaqdır. Budur and içdiyiniz (və onu pozduğunuz) zaman sizin andlarınızın kəffarəsi! Gərək öz andlarınızı qoruyasınız (və pozmayasınız). Allah Öz ayələrini sizin üçün bu cür açıqlayır (ki), bəlkə şükr edəsiniz.
Və (yada salın) o zaman(ı) ki, siz yer üzündə az idiniz və zəif sayılırdınız. Həmişə insanların (Qüreyşin və digər kafirlərin) sizi (bu torpaqda) aradan götürmələrindən qorxurdunuz. Allah, bəlkə şükr edəsiniz deyə sizə yer verdi, sizi Öz köməyi ilə gücləndirdi və (dünya nemətlərinin) paklar(ın)dan sizə ruzi verdi.
Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükr edəsiniz
Gecə dincəlməniz və (gündüz iş-güc ilə) Allahın fəzl və kərəmindən (ruzi) axtarmanızdan ötrü sizin üçün (yer kürəsinin hərəkəti ilə) gecə və gündüzü yaratması Onun (Allahın) mərhəmətindəndir. bəlkə şükr edəsiniz!
Öz rəhmətindən sizə daddırması (küləkləri əsdirməsi), gəmilərin onun mütləq iradəsi altında hərəkət etməsi üçün küləkləri müjdəverici olaraq (yağışın yağma müjdəsini versin deyə) göndərməsi, Onun fəzlindən (külək və yağış vasitəsi ilə yaranan ruzini) axtarmanız Onun (tovhid, qüdrət və hikmət) nişanələrindəndir. Bəlkə şükr edəsiniz!

Fatir surəsi Tapıldı

İki dəniz (dənizə oxşar olan böyük çaylar və dənizlər) əsla bir-biri ilə eyni deyildir. Bunun biri pak, şirin və susuzluğu yatırandır nuşcanlıqla içilir o birisi duzlu (şor) və acıdır. Onların hər birindən təzə ət (balıq və sairə) yeyirsiniz və taxdığınız zinətləri çıxarırsınız. Allahın lütfündən və nemətindən (ruzi) axtarmağınız üçün gəmiləri orada dənizin köksünü yara –yara üzən görərsən. Bəlkə şükr edəsiniz. (Geniş və əhatəli olan insan ruhu mömində və kafirdə hər ikisi xeyir işlər və bəşərə xidmətlər göstərsələr belə iman və əxlaqi faydalar və həqiqət baxımından eyni deyildir.)
114 Sürə
6236 Ayə
10 Tapılan Nəticə
1 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar