Quranda Axtarış Edin

Axtarış nəticələri: "yalnız Məndən qorxun" üzrə 3 ayə tapıldı. (1 - 3 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Ey İsrail övladları (ey Yəqubun yəhudi və xaçpərəst övladları, Yəqubun vaxtından İsanın vaxtına kimi), sizə verdiyim nemətləri yadınıza salın və Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizin əhd-peymanınıza vəfa edim (sizin əhd-peymanınız itaət, Mənimki isə savab və mükafat verməkdir). Və yalnız Məndən qorxun!
Sizinlə olanın (Tövrat və İncilin) təsdiqləyicisi olan nazil etdiyimizə (Qur’ana) iman gətirin və ona ilk kafirlər olmayın (ki, gələcək nəsillər də sizə tabe olub həmişəlik kafir olsunlar). Və Mənim ayələrimlə (onları təhrif etməklə, aradan aparmaqla və səhv yozmaqla) az bir dəyər əldə etməyin və yalnız Məndən qorxun!
Və Allah buyurdu: «İki məbud tanrı (yaradılış tanrısı və idarəetmə tanrısı) götürməyin, həqiqət budur ki, O, tək olan məbuddur. Buna görə də yalnız Məndən qorxun».
114 Sürə
6236 Ayə
3 Tapılan Nəticə
1 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar